Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77443
az

Hava kəskin dəyişir - XƏBƏRDARLIQ

18:2625 Noyabr, 2022
306
CƏMİYYƏT
  • A

Noyabrın 26-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu Bakıda gecə 9-12, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 14-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək, gündüz 4-8° isti olacaq.

Yeri gəlmişkən qeyd edək ki, noyabrın 27-si gündüzdən hava şəraitinin dəyişəcəyi, 28-i gündüzədək şimal küləyinin arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, noyabrın 29-dan dekabrın 02-dək isə hava şəraitinin daha da pisləşəcəyi, bu müddət ərzində yağıntıların intensivləşəcəyi ehtimalı var. Havanın temperaturunun günü-gündən aşağı enərək gündüz saatlarında 7-9° isti olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Taksi bazarı silkələnir: AZ QALDI... BAHALAŞMA OLACAQ... - GƏLİŞMƏ
12 mindən çox abonentin qazı kəsiləcək
Nazirlikdən sabahla bağlı SARI XƏBƏRDARLIQ! - Ölkə ərazisində...

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bələdiyyə sədri həbs olunub