Qaynar xətt:

(+99450) 247 90 86

ŞAD XƏBƏR! Prezident imzaladı: Bu şəxslərə güzəşt olacaq

ŞAD XƏBƏR! Prezident imzaladı: Bu şəxslərə güzəşt olacaq

CƏMİYYƏT

1266

24.11.2022, 18:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident İlham Əliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Oxu24.com  xəbər verir ki, sənədə əsasən qanunun 6-cı maddəsinə “Azərbaycan Respublikasının” sözlərindən sonra “dövlət” sözü, “fondlarından” sözündən sonra “, habelə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına” sözləri əlavə edilib.

Belə ki, qanunun hazırda qüvvədə olan 6-cı madəsinə əsasən şəhidlərə və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının büdcəsindən, ayrı-ayrı şəxslərin və müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilir.

Bu gündən bu sıraya dövlət icbari şəxsi sığorta vəsaitləri də əlavə edilib.