Qaynar xətt:

(+99450) 247 90 86

Vasif Talıbovun yeznəsi saxlanılıb?

Vasif Talıbovun yeznəsi saxlanılıb?

CƏMİYYƏT

309

23.11.2022, 19:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər yayıldığı kimi, DTX Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində əməliyyat keçirib. Yayılan məlumatda saxlanılanların olduğu bildirilir.

Məsələ ilə bağlı, Manset.az Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, general Səbuhi Novruzovdan açıqlama alıb.

O, saytımıza açıqlamasında komitədə əməliyyat keçirildiyini inkar etməyib.

"Məncə orda elə bir problem yoxdur. Mən hal-hazırda məzuniyyətdəyəm, ümumiyyətlə Naxçıvanda deyiləm. Amma sədr yerindədir. Həmin vaxt işdə olub. Saxlanılanların olub olmadığı ilə bağlı məlumatım yoxdur."

Qeyd edək ki, Səbuhi Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbovun yeznəsidir.