Qaynar xətt:

(+99450) 247 90 86

Dövlət sirrini yayanları bu CƏZA GÖZLƏYİR

Dövlət sirrini yayanları bu CƏZA GÖZLƏYİR

CƏMİYYƏT

329

20.11.2022, 18:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz mövzu Dövlət sirri ilə bağlıdır.

 

Dövlət sirrini yayanları hansı cəza gözləyir?

 

Bununla bağlı Cinayət Məcəlləsinin 284-cü maddəsində bəhs edilir.

Maddədə qeyd edilir  ki, Şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

 Eyni əməllər ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Hazırladı: Miri Məcidli