Qaynar xətt:

(+99450) 247 90 86

Neftçalada dəhşət: çaqqallar 43 yaşlı kişini parçaladı - FOTO

Neftçalada dəhşət: çaqqallar 43 yaşlı kişini parçaladı - FOTO

CƏMİYYƏT

418

19.11.2022, 16:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Neftçalanın Aşağı Surra kəndində çaqqallar 43 yaşlı kişini parçalayıb.
Dəhşətli hadisə barədə Bakupost.az-a Neftçala sakini məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, Neftçala rayon, Aşağı Surra kənd sakini İxtiyar Tarverdiyev səhər toyuqları həyətə buraxmaq üçün hinə yaxınlaşarkən, iki çaqqalın hücumuna məruz qalıb.
"O, çaqqallardan birini boğub öldürüb. Digər çaqqal isə 43 yaşlı İxtiyarın bədənin müxtəlif hissələrini dişləyib. Ona çox ağır xəsarətlər yetirib. Hadisə nəticəsində İxtiyar dünyasını dəyişib", - deyə kənd sakini bildirib.
Qeyd edək ki, İxtiyar Tarverdiyev epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.