Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda şok: Ata narkotik çəkib azyaşlı oğluna görün nə etdi

Bakıda şok: Ata narkotik çəkib azyaşlı oğluna görün nə etdi

CƏMİYYƏT

847

18.11.2022, 21:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir yaşlı oğlunun sağlamlığına ağır xəsarət yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini, 30 yaşlı Samir Ağakərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu24.com-un  məlumatına görə, hadisə bu il aprelin 26-da baş verib. Yasamal RPİ 29-cu polis bölməsinə kəllə-beyin travması alan uşağın xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polisin  apardığı əməliyyat  nəticəsində uşağın atası Samir Ağakərimov saxlanılaraq istintaqa təhvil verilib.

Ağakərimov ifadəsində internatda böyüdüyünü, həyat yoldaşını və ailəsini çox sevdiyini, zəhmətlə işlədiyini bildirib.

Təqsirləndirilən şəxs etiraf edib ki, cinayəti törədən zaman narkotikin təsiri altında olub və baş verənləri xatırlamır.

O, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Miri Məcidli