Tünd kişmiş adamı cavanlaşdırır
16 Oktyabr 2026, 00:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
355
18.11.2022, 15:43
Sual: Nəqliyyat vasitəsinin pərdə və işıq buraxması qabiliyyəti ilə bağlı şərtlər necədir?
«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıq kimi müəyyən edilmişdir.
Bu Qanunun tələbinə əsasən işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrinin tətbiqinə icazə verilir.
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti – küləyə qarşı şüşələr üçün -75%, küləyə qarşı olmayan digər şüşələr üçün-70%, avtomobillərin arxa şüşəsinin işıq buraxma qabiliyyəti isə sürücünün salondan arxa görünüşünü təmin etmək şərti ilə normalaşdırılmır.
«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsinin tələblərinə müvafiq olaraq hər iki tərəfində arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şuşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalyüz asmağa yol verilir.
Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək avtomobillərin şüşələrində sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.
Miri Məcidli
00:52 / 16 Oktyabr 2026
87
00:10 / 16 Oktyabr 2026
112
23:39 / 15 Oktyabr 2026
91
23:19 / 15 Oktyabr 2026
119
23:00 / 15 Oktyabr 2026
125
22:40 / 15 Oktyabr 2026
128
22:22 / 15 Oktyabr 2026
120
22:15 / 15 Oktyabr 2026
426
22:10 / 15 Oktyabr 2026
135
22:06 / 15 Oktyabr 2026
138
22:06 / 15 Oktyabr 2026
94
22:06 / 15 Oktyabr 2026
105
21:55 / 15 Oktyabr 2026
128
21:42 / 15 Oktyabr 2026
113
21:23 / 15 Oktyabr 2026
180
21:12 / 15 Oktyabr 2026
125
21:07 / 15 Oktyabr 2026
176
20:56 / 15 Oktyabr 2026
112
20:48 / 15 Oktyabr 2026
119
20:30 / 15 Oktyabr 2026
181
20:21 / 15 Oktyabr 2026
107
20:13 / 15 Oktyabr 2026
102
20:07 / 15 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.