Qaynar xətt:

(+99450) 247 90 86

Hava ilə bağlı XƏBƏRDARLIQ

Hava ilə bağlı XƏBƏRDARLIQ

CƏMİYYƏT

268

18.11.2022, 13:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Noyabrın 19-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Oxu24.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 766 mm civə sütununadək yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.