Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76782
az

Vəkillik orderi üçün ödənişlər 3 il vergidən azad edilir

11:5118 Noyabr, 2022
57
CƏMİYYƏT
  • A
Vəkillik orderi üçün ödənişlər 3 il vergidən azad edilə bilər. Oxu24.com-un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Dəyişikliklə 2023-cü ilin yanvarın 1-dən vəkillər və vəkil qurumlarının order markasının əldə edilməsi ilə bağlı Vəkillər Kollegiyasına etdiyi ödənişlərin 3 il müddətinə vergidən azad edilməsi nəzərdə tutulub. Bundan başqa, digər dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilmiş əsas vəsaitlərin idxalı, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiqedici sənədi əsasında müvafiq icra hakimiyyəti orqanının yenidən qurulması layihəsi çərçivəsində avadanlıqların və ehtiyat hissələrinin idxalı da 2023-cü il yanvarın 1-dən 3 il müddətinə vergidən azad ediləcək. Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
SON DƏQİQƏ! General-mayor bu vəzifəyə təyin edildi

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub