Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76757
az

MH17 təyyarə qəzası Beynəlxalq Haaqa məhkəməsində

23:5317 Noyabr, 2022
124
CƏMİYYƏT
  • A
 
Haaqa məhkəməsi Donbass üzərində Malayziya Hava Yollarına məxsus təyyarənin “Buk” hava hücumundan müdafiə sistemi tərəfindən vurulması barədə qərar çıxarıb.
 
OXU24.COM xarici mətbuata istinadən bildirir ki, aviaqəza baş verən gün əraziyə Rusiya nəzarət edib. 2014-cü il iyulun 17-də Malayziya Hava Yollarına məxsus “MH17” reysi Rusiyayönlü silahlılar tərəfindən işğal olunmuş Pervomayski istiqamətindən Donbass səmasında vurulub. Bu barədə Haaqa Dairə Məhkəməsinin iclasından sonra məlumat verilib.
 
Məhkəmə 2014-cü ilin aprelindən Rusiyanın Donbassa nəzarəti həyata keçirməsi barədə qərar çıxarıb. “Buk” kompleksinin özü isə Rusiyanın 53-cü zenit-raket briqadasına məxsus olub. Məhkəmə zamanı “Buk” hava hücumundan müdafiə sistemini Ukraynaya daşıyan Rusiya qoşunları olduğu və DXR terrorçularının bu silahlardan döyüş əməliyyatları zamanı istifadə etdiyi məlum olub. Sədrlik edən hakim Hendrik Steenhuis DXR terrorçularının əksər liderlərinin Kremllə sıx əlaqədə olduğunu bildirib. Dinləmələr zamanı şahidlər bölmələrin bəzilərinin Ukrayna ərazisinə necə daxil olduğu və atəşə tutulduqdan sonra geri qayıtdıqları haqqında ifadə veriblər.
 
Məhkəmənin gəldiyi qənaətə əsasən 2014-cü il mayın ortalarından Ukraynada artıq beynəlxalq silahlı münaqişə başlayıb. Rusiya separatçıların hərəkətlərinə görə cavabdehliyi üzərinə götürənə qədər müttəhimlər toxunulmazlıq tələb edə bilməz.
 
“Tək bu səbəbdən onların MH17 təyyarəsinin vurulması ilə bağlı toxunulmazlığa müraciət etmək hüququ yoxdur” - deyə hakim Steenhuis bildirib.
 
Xatırladaq ki, rus silahlıları “MH17” göyərtəsində 298 nəfərin ölümündə ittiham olunurlar. Haaqa məhkəmə prokurorları terrorçulara ömürlük həbs cəzası tələb edir. 2021-ci ilin sentyabrında “MH17” işi üzrə şahid hərbi ekspertin ölümü ilə bağlı xəbər yayılıb.
 
Qeyd edək ki, o “Buk” zenit-raket kompleksi ilə bağlı ifadə vermişdi.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Rəsmi Bakı Rusiyadan üzr gözləyir”
Baş nazirdən bağça müəllimləri ilə bağlı Qərar
Qışda kondisionerdən istifadənin zərərləri

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü