Hesablama Palatasının strukturu dəyişir
16 Oktyabr 2026, 10:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
328
17.11.2022, 22:05
Bakıda "karqo şirkətindən gəlmişik" deyib evə hədiyyə gətirənin paketindən qərənfil və qumbara çıxıb.
OXU24.COM Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 ünvanında, paytaxt sakini Ceyhun Cəfərzadənin evində baş verib.
Zərərçəkmiş deyir ki, anası ona zəng vuraraq, ''oğlum, sənə hədiyyə göndəriblər'' deyib. Ev sahibi isə qapını açmayıb.
Vəziyyətdən şübhələnən Ceyhun Cəfərzadə dərhal 102-i xidmətinə məlumat verib. Hadisə yerinə ərazi üzrə 19-cu polis şöbəsinin əməkdaşları gəlib baxış keçiriblər.
Sonra FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları təhlükəsizliyi təmin etməklə qumbaranı mənzilin qarşısından götürüblər. Polis isə əməliyyat-axtarış tədbirlərinə başlayıb. Ceyhun Cəfərzadə iddia edir ki, qumbaranı mənzilinə keçmiş qayınatası Tiflisxan Bayramov göndərib.
Məsələ ilə bağlı adıçəkilən Tiflisxan Bayramovla əlaqə saxladıq. O, barəsində səslənən iddiaların əsasız olduğunu dedi.
Ceyhun Cəfərzadənin keçmiş qayınatası onu da bildirdi ki, bu işə görə polis onu çağırıb və izahatını alıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, faktla bağlı araşdırma aparılır, məsələyə hüquqi qiymət veriləcək.
10:57 / 16 Oktyabr 2026
11
10:53 / 16 Oktyabr 2026
18
10:52 / 16 Oktyabr 2026
27
10:48 / 16 Oktyabr 2026
80
10:45 / 16 Oktyabr 2026
25
10:43 / 16 Oktyabr 2026
32
10:39 / 16 Oktyabr 2026
43
10:15 / 16 Oktyabr 2026
58
10:11 / 16 Oktyabr 2026
54
09:58 / 16 Oktyabr 2026
73
09:53 / 16 Oktyabr 2026
68
09:50 / 16 Oktyabr 2026
81
09:34 / 16 Oktyabr 2026
230
09:21 / 16 Oktyabr 2026
461
09:18 / 16 Oktyabr 2026
60
08:41 / 16 Oktyabr 2026
352
08:39 / 16 Oktyabr 2026
195
08:35 / 16 Oktyabr 2026
101
07:22 / 16 Oktyabr 2026
438
00:52 / 16 Oktyabr 2026
142
00:10 / 16 Oktyabr 2026
177
23:39 / 15 Oktyabr 2026
125
23:19 / 15 Oktyabr 2026
168
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.