SON DƏQİQƏ! Vəzifəsindən azad olundu
10 İyun 2026, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
446
17.11.2022, 20:24
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu şəxslərə məhkumluq haqda arayışın verilməsi ilə bağlıdır.
1. Bu Təlimat “Fərdi məlumatlar haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 3.1.4-cü yarımbəndinə uyğun hazırlanmaqla Azərbaycan Respublikasının vətəndaşlarına, ölkə ərazisində yaşayan (yaşamış) əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (bundan sonra - şəxs) məhkumluq barədə arayışların verilməsi qaydalarını tənzimləyir.
2. Məhkumluq barədə arayışların verilməsi və bununla bağlı müraciələrin qəbulu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi, şəhər, rayon polis idarə və şöbələri, habelə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 706 nömrəli Fərmanına müvafiq olaraq məhkumluq haqqında arayışlar eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən “ASAN xidmət” mərkəzlərində verilir.
3. “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 №-li Fərmanına uyğun olaraq məhkumluq barədə arayışların verilməsi ilə bağlı müraciətlərin qəbulu qaydaları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 30 noyabr 2012-ci il tarixli Q59-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş «Məhkumluq barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament»lə müəyyən edilir.
4. Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir. Müraciətdə aşağıdakı məlumatlar əks etdirilir:
4.1. ərizəçinin soyadı, adı, atasının adı;
4.2. doğulduğu yer, tarix;
4.3. vətəndaşlığı və yaşadığı ünvan;
4.4. şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verilmə tarixi və orqan.
5. Hər bir fiziki şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər.
6. Şəxsin özünün iştirakı mümkün olmadıqda, onun ərizəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada etibarnamə ilə müvəkkil etdiyi şəxs tərəfindən təqdim olunur.
7. Yetkinlik yaşına çatmayana, qəyyumluq və himayəçilik təyin olunmuş şəxslərə məhkumluq barədə arayış onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizələrinə əsasən verilir.
8. Bu Təlimatın 4-cü bəndinin tələblərinə cavab verməyən ərizələrə baxılmır və bu barədə ərizəçilər səbəbi göstərilməklə rəsmi qaydada məlumatlandırılır.
9. Müraciət etmiş şəxsin məhkum olması müəyyən edildikdə müvafiq arayış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-83-cü və 92-ci maddələrinin müddəaları nəzərə alınmaqla verilir.
10. Götürülməmiş və yaxud ödənilməmiş məhkumluq haqqında arayışda aşağıdakı məlumatlar əks etdirilir:
10.1. barəsində yoxlama aparılan şəxsin soyadı, adı, atasının adı;
10.2. doğulduğu tarix;
10.3. doğulduğu yer;
10.4. məhkum olunduğu tarix, hökm çıxaran məhkəmənin adı;
10.5. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi (nömrəsi və adı);
10.6. cəzanın müddəti və növu, azad edilməsinin tarixi və əsası.
11. Şəxsin məhkum olması (1 nömrəli əlavə) və olmaması (2 nömrəli əlavə) barədə arayışlar yalnız Azərbaycan Respublikasının dövlət dilində verilir. Orqan rəhbərliyi tərəfindən imzalanmış arayış qeydiyyatdan keçirilir və gerbli möhürlə təsdiqlənir.
12. Məhkumluq haqqında arayış ərizəçiyə və yaxud onun müvafiq qaydada müvəkkil etdiyi şəxsə təqdim olunur.
13. Müraciətə 1 iş günü ərzində baxılır.
14. Müraciətin baxılma müddəti onun orqana (“ASAN xidmət” mərkəzlərinə) daxil olduğu gündən hesablanır.
15. Ölkə ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları və əvvəllər yaşamış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər məhkumluqları barədə arayış almaq üçün bu Təlimatın 4-cü bəndi ilə nəzərdə tutulmuş qaydada xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluqlarına (Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqlarının olmadığı ölkələrdə yaşayan şəxslər üçüncü ölkələrdə yerləşən Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqlarına) müraciət etməlidirlər. Bu cür müraciətlər baxılması üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərilir və müvafiq yoxlamadan sonra hazırlanmış arayışlar Azərbaycan Respublikası Xarici İşlər Nazirlyinə təqdim olunur.
Hazırladı: Miri Məcidli
00:29 / 11 İyun 2026
88
23:56 / 10 İyun 2026
91
23:37 / 10 İyun 2026
97
23:35 / 10 İyun 2026
66895
23:30 / 10 İyun 2026
817
23:27 / 10 İyun 2026
81
23:19 / 10 İyun 2026
94
23:11 / 10 İyun 2026
106
23:03 / 10 İyun 2026
383
23:02 / 10 İyun 2026
104
22:55 / 10 İyun 2026
307
22:53 / 10 İyun 2026
85
22:49 / 10 İyun 2026
92
22:46 / 10 İyun 2026
83
22:34 / 10 İyun 2026
97
22:28 / 10 İyun 2026
103
22:22 / 10 İyun 2026
259
22:20 / 10 İyun 2026
83
22:18 / 10 İyun 2026
109
22:08 / 10 İyun 2026
108
22:07 / 10 İyun 2026
98
21:57 / 10 İyun 2026
85
21:55 / 10 İyun 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.