Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76743
az

MN: "Ağdam və Xocalıda qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətlərinin qarşısı alınıb"

19:3017 Noyabr, 2022
3740
CƏMİYYƏT
  • A
MN: Ağdam və Xocalıda qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətlərinin qarşısı alınıb "Ağdam və Xocalıda qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətlərinin qarşısı alınıb". Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, noyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri Ordumuzun bölmələri tərəfindən müşahidə edilib. Bu kimi fəaliyyətlər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın tələblərinin kobud şəkildə pozulmasıdır. Vurğulanıb ki, həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"WhatsApp"da yeni funksiya işə salındı
Şəhid general Polad Həşimovun oğlundan QÜRURVERİCİ NƏTİCƏ -FOTO
Uorren Baffett "Apple" səhmlərinin tən yarısını SATDI

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı