Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76728
az

Ölümünə hər kəs üzülmüşdü, adı yeni doğulan bacısına verildi... - FOTO

15:3517 Noyabr, 2022
107
  • A

Erməni silahlı birləşmələrinin Bərdə rayonunda yaşayış məntəqəsini raket atəşinə tutması nəticəsində həlak olan 2013-cü il təvəllüdlü Aysu İsgəndərovanın bacısı dünyaya gəlib.

OXU24.COM  "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində bu il noyabrın 11-də pasiyent Mətanət İsgəndərova dördüncü keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. 3 kq 100 qr çəkisi, 50 sm boyu olan körpəyə bacısı Aysunun adı qoyulub.
 

Əməliyyatdan sonra körpənin və ananın vəziyyəti yaxşı olub. Onlara bir neçə gün ərzində zəruri tibbi xidmətlər göstərilib və artıq evə buraxılıb.

Xatırladaq ki, 2020-ci ilin oktyabr ayında Bərdə rayonunun Qarayusifli kəndinə atılan ağır artilleriya atəşi nəticəsində 7 yaşlı İsgəndərova Aysu Rövşən qızı həlak olmuşdu. Həmçinin terror hadisəsi nəticəsində Aysunun 3 yaşlı bacısı Tahirə İsgəndərova isə xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
İki gün ard-arda maqnit qasırğası olacaq - RƏSMİ
Dördüncü kurs tələbəsi vəfat etdi

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...