Masazırda güclü yanğın
03 İyul 2025, 01:09
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
449
17.11.2022, 14:35
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu xidməti pasportların alınması ilə bağlıdır.
Xidməti pasport nədir?
Xidməti pasport - Azərbaycan Respublikası vətəndaşı olan müvafiq şəxslərə Azərbaycan Respublikasından getmək və Azərbaycan Respublikasına gəlmək hüququnun həyata keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi) tərəfindən verilən, Azərbaycan Respublikasının ərazisindən kənarda onların şəxsiyyətini və vətəndaşlığını təsdiq edən, bütün ölkələrə xidməti işlə əlaqədar getmək üçün etibarlı olan rəsmi sənəddir.
Azərbaycan Respublikasının “Pasportlar haqqında” qanununun 5-ci maddəsinə əsasən xidməti pasport aşağıdakı siyahıda göstərilən şəxslərə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilir:
Xidməti pasport kimlərə verilir?
Xidməti pasport xidməti işlə əlaqədar xarici ölkələrə ezam olunan siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəzifəli şəxslərə, o cümlədən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Milli Məclisi, Hesablama Palatası aparatlarının, Azərbaycan Respublikası Prokurorluğunun, Mərkəzi Bankının, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin, müvafiq icra hakimiyyəti orqanlarının məsul işçilərinə, hakimlərə, Mərkəzi Seçki Komissiyasının üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və müvafiq icra hakimiyyəti orqanının aparatlarının məsul işçilərinə, müvafiq icra hakimiyyəti orqanlarının başçılarına və onların müavinlərinə, Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərinin inzibati-texniki işçilərinə, onlar üç aydan artıq xarici ölkələrdə işləyərsə onların arvadına (ərinə), 18 yaşına çatmamış uşaqlarına və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladlarına, beynəlxalq xətlərdə çalışan dəniz və hava gəmiləri, dəmir yolu, avtonəqliyyat işçilərinə verilir. Xidməti pasport müvafiq dövlət orqanları rəhbərlərinin təqdimatı daxil olduqda ən geci beş iş günü keçənədək Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən sahiblərinin səlahiyyət müddətinə və ya beş illik müddətə verilir.
Azərbaycan Respublikası məhkəmələrinin hakimləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan hakimlər istisna olmaqla).
Azərbaycan Respublikası dövlət orqanlarının, dövlətə məxsus müəssisə və təşkilatların, həmçinin qeyri-kommersiya qurumlarının aşağıdakı rəhbər işçiləri:
2.1. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri, digər dövlət orqanlarının, dövlətə məxsus müəssisə və təşkilatların, həmçinin qeyri-kommersiya qurumlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan rəhbərləri və həmin qaydada təyin olunan müavinləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan şəxslər istisna olmaqla);
2.2. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri, Rəyasət Heyətinin aparatında şöbə (idarə, katiblik, kafedra) rəhbərləri, onların müavinləri, elmi katiblər, Akademiyanın Naxçıvan və Gəncə bölmələrində şöbə (idarə) rəhbərləri, elmi katiblər, Akademiyanın regional elmi mərkəzlərinin, institutlarının və Akademiyanın institutlara bərabər tutulan digər elmi müəssisələrinin direktorları, direktor müavinləri, şöbə (laboratoriya) rəhbərləri, elmi katibləri;
2.3 Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru və onun müavini, İcraçı direktorun müşaviri, köməkçisi, İcraçı direktorun ofisinin, Hasilat Sınayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin və digər struktur vahidlərinin (müdriyyət, department, şöbə) rəhbərləri və onların müavinləri;
2.4. Heydər Əliyev Mərkəzinin direktoru və onun müavini;
2.5. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan Mərkəzi Seçki Komissiyasının sədri istisna olmaqla), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri;
2.6. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları;
2.7. Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri;
2.8. Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsmanı);
2.9. Milli Televiziya və Radio Şurasının üzvləri;
2.10. Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri;
2.11. Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri;
2.12. yerli icra hakimiyyəti orqanlarının başçıları.
2.13. beynəlxalq konfranslarda, müşavirələrdə və başqa beynəlxalq tədbirlərdə Azərbaycan Respublikasının maraqlarını müdafiə edən digər rəhbər işçilər (Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin razılığı olduqda).
Həmçinin oxuyun
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərinin müavinləri, idarə (şöbə, xidmət, bölmə) rəisləri və onların müavinləri, mühafizə zabitləri və onlara bərabər tutulan vəzifəli şəxsləri.
Dövlət qulluğunda, o cümlədən dövlət qulluğunun xüsusi növündə çalışan aşağıdakı şəxslər:
4.1. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik pasport əldə etmək hüququna malik olmayan əməkdaşları;
4.2. inzibati vəzifələrin ali – altıncı təsnifat vəzifələrində qulluq keçən dövlət qulluqçuları (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan dövlət qulluqçuları istisna olmaqla);
4.3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəhbərlərinin köməkçiləri (müşavirləri), katibliyin, baş idarə, idarə (şöbə, xidmət, hərbi hissə, bölmə, sektor, qrup) rəhbərləri və onların müavinləri, həmin orqanların aparatlarında baş (böyük) və orta rəis heyəti vəzifələrində xidmət edən şəxslər, zabitlər, ali (böyük, orta) xüsusi rütbəsi olan şəxslər, baş məsləhətçilər, böyük məsləhətçilər, aparıcı məsləhətçilər, məsləhətçilər və onlara bərabər tutulan vəzifəli şəxslər;
4.4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin tabeliyində olan orqanların rəhbərləri və onların müavinləri, tabeliyində olan orqanların struktur vahidlərinin rəhbərləri və onların müavinləri;
4.5. Azərbaycan Respublikasının vergilər nazirinin müşaviri (köməkçisi), nazirliyin aparat rəhbəri və onun müavini, baş idarə, idarə (departament, şöbə, bölmə) rəhbərləri və onların müavinləri, nazirliyin aparatında baş və kiçik rəis heyəti vəzifələrində xidmət edən şəxslər, nazirliyin tabeliyində olan orqanların rəhbərləri və onların müavinləri, həmin orqanların struktur vahidlərinin rəhbərləri və onların müavinləri;
4.6. Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməliyyatçıları, müstəntiqləri və prokurorları (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan Azərbaycan Respublikasının Baş prokuroru, onun müavinləri və Naxçıvan Muxtar Respublikasının prokuroru istisna olmaqla);
4.7. feldyeger rabitəsi orqanının diplomatik pasport əldə etmək hüququna malik olmayan şəxsi heyətə aid əməkdaşları;
4.8. Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru, sədrin müşaviri, icra aparatının rəhbəri və onun müavini, departament, şöbə və digər struktur vahidlərinin rəhbərləri və onların müavinləri, böyük mütəxəssisləri (böyük məsləhətçiləri), aparıcı mütəxəssisləri (aparıcı məsləhətçiləri), mütəxəssisləri (məsləhətçiləri), kiçik mütəxəssisləri və onlara bərabər tutulan vəzifəli şəxsləri, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin və digər ərazi idarələrinin rəhbərləri və onların müavinləri;
4.9. Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin direktor müavini, icra aparatının rəhbəri və onun müavini, şöbə və digər struktur vahidlərinin rəhbərləri və onların müavinləri, böyük mütəxəssisləri (böyük məsləhətçiləri), aparıcı mütəxəssisləri (aparıcı məsləhətçiləri), mütəxəssisləri (məsləhətçiləri) və onlara bərabər tutulan vəzifəli şəxsləri;
4.10. Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərinin inzibati-texniki işçiləri.
5. Xidməti pasport almaq hüququ olan digər şəxslər:
5.1. Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərinin inzibati-texniki işçiləri üç aydan artıq xarici ölkələrdə işləyərsə, onların arvadı (əri), 18 yaşına çatmamış uşaqları və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları;
5.2. beynəlxalq xətlərdə çalışan dəniz və hava gəmiləri, dəmir yolu, avtonəqliyyat işçiləri.
Xidməti pasportun verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu alınmır.
Azərbaycan Respublikasının xaricdə olan səlahiyyətli şəxsləri bu pasportun sahibinə xaricdə xidməti vəzifələrini yerinə yetirməkdə kömək göstərməyə borcludurlar.
Diqqət! Azərbaycan Respublikası vətəndaşının xidməti pasportuna sahib olan vətəndaşlar xidməti işlə əlaqədar ezam ediləcəyi xarici ölkəyə viza əldə etmək üçün (beynəlxalq müqavilələrə uyğun olaraq vətəndaşların vizasız gediş-gəlişi haqqında qarşılıqlı razılaşma olan ölkələrdən başqa) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin müvafiq notası əsasında müvafiq xarici ölkənin Azərbaycan Respublikasında yerləşən (və ya akkreditə olunmuş) diplomatik nümayəndəlik və ya konsulluğuna müraciət etməlidirlər.
Hazırladı: Miri Məcidli
01:09 / 03 İyul 2025
Masazırda güclü yanğın
24
23:09 / 02 İyul 2025
Növbəti hədəf Araz Ağalarov oldu - FOTO
42
22:42 / 02 İyul 2025
NATO Baş katibi: Lavrov İsa Məsihin vaxtından xarici işlər naziridir
32
22:37 / 02 İyul 2025
Onlar üçün xüsusi reyestr yaradılacaq
31
22:03 / 02 İyul 2025
Azərbaycanda rus dilini bu dil əvəzləyəcək
57
22:01 / 02 İyul 2025
Prezidentlər “Sea Breeze”də - Fotolar
39
21:59 / 02 İyul 2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edib
30
21:50 / 02 İyul 2025
Hər gün yeyirik, ancaq ömrü 10 il qısaldır
41
21:34 / 02 İyul 2025
SON DƏQİQƏ! Araz Ağalarova qarşı icraata başlanıldı
1615
21:21 / 02 İyul 2025
Rusiyadan Azərbaycana inanılmaz jest...
1675
18:32 / 02 İyul 2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
61
18:26 / 02 İyul 2025
Dollar UCUZLAŞDI – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ
924
18:24 / 02 İyul 2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
57
18:18 / 02 İyul 2025
Rusiyada azərbaycanlılar niyə tutulub?
175
18:16 / 02 İyul 2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
53
18:05 / 02 İyul 2025
Tramp Nyu Yorku xilas edir
58
18:01 / 02 İyul 2025
Şəxsiyyət vəsiqələrimizin forması dəyişir
420
17:57 / 02 İyul 2025
Rusiyanın mühüm zavodu vuruldu
81
17:50 / 02 İyul 2025
NATO-nun baş katibi ABŞ-ın Ukraynaya silah tədarükünü kəsmək qərarını şərh edib
66
17:44 / 02 İyul 2025
Zəlzələdən qaçmaq üçün əlində kofe liftə mindi - VİDEO
61
17:32 / 02 İyul 2025
Gündəmi silkələyən iddia! – Rusiya Azərbaycandan görün nə istəyirmiş
1406
17:26 / 02 İyul 2025
Qalkin pərəstişkarlarının istəyi ilə Puqaçova ilə fotosunu paylaşdı
62
17:07 / 02 İyul 2025
Fransada qırmızı həyəcan: Eyfel qülləsi turistlər üçün bağlanıb
254
17:05 / 02 İyul 2025
Azərbaycanlılar və ermənilər bu ölkədən çıxarıldı
924
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.