Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda iki azyaşlı bacı vəfat etdi

Sumqayıtda iki azyaşlı bacı vəfat etdi

CƏMİYYƏT

287

16.11.2022, 15:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda azyaşlı bacılar vəfat edib.

Ölənlərin 4 yaşlı Əsra Allahverdiyeva və bacısı, 6 yaşlı Aynaz Allahverdiyeva olduğu bildirilir.

Onların meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə aparılıb. Hazırda ekspertiza təyin olunub, həkimlər tərəfindən ölümün baş vermə səbəbləri araşdırılır.

İlkin ehtimallara görə, ölümə səbəb azyaşlıların zəhərlənməsi olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.