Sürücülərin DİQQƏTİNƏ: Bu yol sahələrində geriyə dönmək qəti qadağandır!
16 Oktyabr 2026, 19:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
356
15.11.2022, 12:18
“Yüksəliş” müsabiqəsinin qalibi Tural Feyzullayev Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri təyin olunub.
Oxu24.com xəbər verir ki, Tural Feyzullayev 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2013-cü ildə Fransanın Tuluz Universitetinin Beynəlxalq və Avropa hüququ üzrə magistr pilləsini, 2014-cü ildə isə həmin Universitetin Beynəlxalq biznes hüququ üzrə magistr pilləsini bitirib.
Tural Feyzullayev əmək fəaliyyətinə 2011-ci ildə “Azərsun Holdinq” MMC-də araşdırma mütəxəssisi kimi başlamış, 2015-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankında hüquq məsləhətçisi kimi davam etdirmiş, 2016–2020-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında hüquqşünas, aparıcı və baş hüquqşünas vəzifələrində, 2018-ci ildən 2020-ci ilədək isə Hüquqi təminat idarəsinin rəisi vəzifəsində çalışıb.
Tural Feyzullayev 2020–2021-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında Hüquq departamentinin direktor müavini – Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin rəisi vəzifəsində işləmiş, 2021-ci ildən etibarən “AccessBank”da Hüquq və komplayens departamentinin rəhbəri vəzifəsində çalışıb.
Tural Feyzullayev Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib, 2021-ci ildə birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.
O, ingilis və türk dillərini sərbəst, fransız dilini isə yaxşı bilir.

20:08 / 16 Oktyabr 2026
1
20:02 / 16 Oktyabr 2026
32
19:53 / 16 Oktyabr 2026
41
19:50 / 16 Oktyabr 2026
64
19:38 / 16 Oktyabr 2026
62
19:34 / 16 Oktyabr 2026
61
19:26 / 16 Oktyabr 2026
54
19:25 / 16 Oktyabr 2026
60
19:15 / 16 Oktyabr 2026
37
19:12 / 16 Oktyabr 2026
156
19:09 / 16 Oktyabr 2026
70
19:05 / 16 Oktyabr 2026
56
19:00 / 16 Oktyabr 2026
91
18:59 / 16 Oktyabr 2026
62
18:55 / 16 Oktyabr 2026
83
18:51 / 16 Oktyabr 2026
172
18:49 / 16 Oktyabr 2026
64
18:48 / 16 Oktyabr 2026
132
18:42 / 16 Oktyabr 2026
64
18:42 / 16 Oktyabr 2026
88
18:38 / 16 Oktyabr 2026
72
18:37 / 16 Oktyabr 2026
327
18:36 / 16 Oktyabr 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.