Qaynar xətt:

(+99450) 247 90 86

Şəhid  leytenant Nemət Orucovun doğum günüdür

Şəhid  leytenant Nemət Orucovun doğum günüdür

CƏMİYYƏT

536

15.11.2022, 11:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bugün qəhrəman Şəhidimiz leytenant Nemət Orucovun doğum günüdür.

Orucov Nemət Əkbər oğlu 15.11.1994-cü ildə Goranboy rayonu, Qaraçinar kəndində anadan olub. Nemət 2012-2016-cı illərdə Azərbaycan Texnologiya Universiteti-nin (ATU) ekologiya mühəndisliyi fakültəsində ali təhsil alıb. Leytenant Nemət Orucov Vətən müharibəsində igidlik və mərdlik göstərərək 27.09.2020-ci ildə Xocavənd rayonunda yerləşən Nərgiztəpə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. 

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Xocavəndin azad olunmasına görə”  medalları ilə təltif edilib.

 

Miri Məcidli