Minimum əməkhaqqı artacaq? - Video
16 Oktyabr 2026, 21:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
334
14.11.2022, 14:27
İran İslam Respublikası tərəfindən Azərbaycana qarşı dini mövqedən yönləndirilən təhdidlər yeni məsələ deyil. Biz bunu müstəqilliyimizin ilk illərindən hiss etməkdəyik.
OXU24.COM bildirir ki, bunu noyabrın 14-də Beynəlxalq Tolerantlıq Günü münasibətilə "Azərbaycan: birgəyaşayış nümunəsi" mövzusunda konfrans zamanı jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib.
S.Heydərov vurğulayıb ki, buna qarşı da aidiyyatı dövlət orqanları, o cümlədən təhlükəsizlik orqanları tərəfindən həmişə xüsusi tədbirlər keçirilib və bu proses daima diqqət mərkəzində saxlanılır.
Onun sözlərinə görə, təcrübə onu göstərir ki, xaricdə dini təhsil almaq özünü doğrultmur. "Çünki o ölkələrdə verilən təhsil özlərinin siyasətinə xidmət edir, orda təhsil alan insanlar da istər-istəməz yad dini ideologiyanın təsirinə məruz qalırlar. Artıq 2018-ci ildən Azərbaycanda İlahiyyat Universiteti fəaliyyət göstərir və bizim milli dini kadrlarımız formalaşır", - deyə o əlavə edib.
Son zamanlarda İran hökumətinə çalışan casus şəbəkələrinin ifşa edilməsi ilə bağlı sualı cavablandıran S.Heydərov qeyd edib ki, bu, həmişə olub.
O vurğulayıb ki, bu gün dövlət təhlükəsizlik orqanlarının peşəkarlığı o səviyyədədir ki, bundan sonra da belə aktiv tədbirlər keçiriləcək və belə təhdidlərin qarşısı zamanında alınacaq.
"Birmənalı deyə bilərik ki, Azərbaycanda əməliyyat şəraiti, o cümlədən dini təhlükəsizlik məsələləri kifayət qədər diqqət mərkəzində saxlanılır. Lazım gəldikcə zəruri tədbirlər keçiriləcək", - deyə o qeyd edib.
22:14 / 16 Oktyabr 2026
1
22:11 / 16 Oktyabr 2026
12
22:08 / 16 Oktyabr 2026
11
21:50 / 16 Oktyabr 2026
41
21:18 / 16 Oktyabr 2026
65
21:16 / 16 Oktyabr 2026
46
21:03 / 16 Oktyabr 2026
59
20:55 / 16 Oktyabr 2026
70
20:39 / 16 Oktyabr 2026
80
20:36 / 16 Oktyabr 2026
84
20:08 / 16 Oktyabr 2026
87
20:02 / 16 Oktyabr 2026
87
19:53 / 16 Oktyabr 2026
83
19:50 / 16 Oktyabr 2026
129
19:38 / 16 Oktyabr 2026
100
19:34 / 16 Oktyabr 2026
97
19:26 / 16 Oktyabr 2026
70
19:25 / 16 Oktyabr 2026
88
19:15 / 16 Oktyabr 2026
57
19:12 / 16 Oktyabr 2026
291
19:09 / 16 Oktyabr 2026
89
19:05 / 16 Oktyabr 2026
74
19:00 / 16 Oktyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.