Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76358
az

Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsi qaydası dəyişdirilib

19:1212 Noyabr, 2022
142
  • A
Azərbaycanda nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydasına dəyişiklik edilib. Oxu24.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb. Qanuna əlavə edilmiş yeni maddəyə əsasən, avtonəqliyyat vasitələri "İcbari sığortalar haqqında" qanuna uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə isə habelə sərnişinlərinin (şəhərdaxili və qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılacaq. Bu qayda müvafiq icra sığorta müqaviləsinin mövcudluğu "İcbari sığortalar haqqında" qanunda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlanılacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Bu çərəz gözlərə çox faydalıdır
Sülh sazişinin razılaşdırılmayan 3 bəndində nələr var? - DETALLAR
Azərbaycanda bu məhsullar KƏSKİN BAHALAŞDI -SİYAHI

1000 ildən çox yaşı olan üzük tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Gədəbəydə hamilə qadın naməlum şəraitdə öldü