Qaynar xətt:

(+99450) 247 90 86

İskəndərin qardaşı: “Rəşad Dağlının ailəsi ölümüzə hörmətsizlik elədi”

İskəndərin qardaşı: “Rəşad Dağlının ailəsi ölümüzə hörmətsizlik elədi”

CƏMİYYƏT

304

12.11.2022, 01:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
"Rəşadın atası mən qardaşımı torpağa tapşırdığım gün gəldi bura, elə o gün bağışladım mən onları".
OXU24.COM  bildirir ki, bu sözləri Baku TV-nin efirində yayımlanan "Arzunun vaxtı" verilişində meyxanaçı Rəşad Əmirov (Dağlı) tərəfindən qətlə yetirildiyi iddia edilən İskəndər Mehdiyevin qardaşı deyib.
 
O bildirib ki, Rəşadın atasının qardaşı haqqında dediyi sözlər doğru deyil.
 
"Deyirlər ki, mənim qardaşım narkobarondur. Yoxdur elə şey. Mənim qardaşım narkotik istifadəçisi olub, ona görə də 9 ay həbs edilib. Narkotik satan adam bəyəm 9 ay həbs olunur? Onlar bizim ölümüzə hörmətsizlik edib", - deyə o qeyd edib.