Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyənin Uludağ Universitetində “Cənnətdə Zəfər” tamaşası nümayiş etdirilib

Türkiyənin Uludağ Universitetində “Cənnətdə Zəfər” tamaşası nümayiş etdirilib

CƏMİYYƏT

381

09.11.2022, 20:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin Uludağ Universitetində “Cənnətdə Zəfər” tamaşası nümayiş etdirilib
Türkiyənin Bursa şəhərindəku Uludağ Universitetində Qarabağ Zəfərinin ikinci ildönümü münasibətilə "Cənnətdə Zəfər" tamaşası göstərilib. 

Türkiyə Sənətçilər Birliyinin Bursa təmsilçiliyinin və Uludağ Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tamaşa bu ali təhsil ocağının Mete Çingiz Kültür Mərkəzində təqdim olunub.
Qeyd edək ki, azərbaycanlı jurnalist, Türkiyə Sənətçilər Birliyinin Bursa təmsilçisi Günay Ardanın müəllifi olduğu "Cənnətdə Zəfər" adlı birpərdəli tamaşanı Gökbörü Sənət Evinin aktyor və rejissor heyəti ərsəyə gətirib. Tamaşa izləyicilərin marağına səbəb olub.
Tamaşa müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vaxtilə xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirindən səsləndirdiyi məşhur parçanın təqdim olunması  ilə başa çatıb.
Tədbirin sonunda Bursa Şəhər Bələdiyyəsi Orkestrinin ifasında əsərlər səsləndirilib.
Tədbir çərçivəsində Azərbaycanın qələbəyə gedən yolda göstərdiyi əzmkalığı əks etdirən fotolar və Şuşada doğulub-böyüyən tarixi şəxsiyyətlər haqda fotomateriallar nümayiş etdirilib.