Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76138
az

Kiloqramı 11 manat olan ətdən “hazırlanan” sosislər necə 4 manata satılır?

14:0909 Noyabr, 2022
171
CƏMİYYƏT
  • A

Gündəlik alış-veriş zamanı tez-tez müraciət etdiyimiz ət və ət məhsullarından biri də kolbasa və sosislərdir. Lakin ətin kiloqramının 11-12 manata olduğu halda ətdən hazırlandığı iddia edilən kolbasa və sosislərin qiymətinin 4-5 manat olması artıq xeyli vaxtdır ki, əhalini düşündürür.

Lakin problem tək bu deyil. Mənşəyi bilinməyən ət məhsuları artıq bazarda öz sözünü demiş, bütün standartlara cavab verən ət məhsulları ilə rəqabət aparırlar. Bunun da əsas səbəbi ucuz və keyfiyyətsiz məhsulların intensiv şəkildə reklam olunmasıdır.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov sfera.az-a açıqlamasında söyləyib ki, ölkəmizdə 20-dən çox ət məhsulları istehsal edən müəssisə var:

"Bazarda elə bir vəziyyət yaranıb ki, ekoloji təmiz, təzə ətlərdən kolbasa istehsal edən müəssisə az qalır ki, müflis olsun. Naməlum maddələrdən hazırlanan kolbasa və sosis məhsullarını bazara çıxaran və qiymət yolu ilə bazarda haqsız bir rəqabət mühiti yaradan qurumlar var. AİB olaraq əlbəttə ki, insanların ucuz və keyfiyyətli mallar almalarının tərəfdarıyıq. Lakin bazara elə məhsullar çıxarılır ki, bütün gigiyenik qaydalara riayət edərək sağlamlıq üçün ziyanlı olmayan məhsullar istehsal edən müəssisə müflis olur. Bu, yolverilməzdir.

Azərbaycan hökuməti biznes qurumları üçün dünyanın heç bir yerində olmayan rahat şərait yaradıb. Ən inkişaf etmiş ölkələrdə belə biznesmenlərin qazancına şərik olan reket qüvvələr var. Ölkəmizdə isə belə hallar yoxdur. Lakin düşünürəm ki, biznes qurumlar hökumətin bu əhəmiyyətli siyasətini düzgün dəyərləndirə bilmirlər".

Birlik sədri ucuz qiymətə satılan ət məhsullarının bu qədər geniş yayılmasının səbəblərinə də aydınlıq gətirib:

"Ölkənin antiinhisar qurumu çox ciddi iş aparmalıdır. Onu da qeyd etməliyəm ki, hazırda istər televiziyalarda, istərsə də sosial şəbəkələrdə kiloqramı 4-5 manat dəyərində olan kolbasa və sosislər çox reklam olunur. Əhalinin böyük hissəsi də televiziyalara inanır, düşünür ki, televiziya vasitəsilə reklam olunan məhsul ekoloji cəhətdən sağlamdır, xeyirlidir. Lakin sual yaranır: hansı texnoloq kiloqramı 4 manata olan ət məhsulu hazırlaya bilər? Hətta ən peşəkar texnoloqlar belə həmin məhsulların nədən hazırlandığını ayırd etməkdə çətinlik çəkirlər. Heyvan dərisindən hazırlasalar, yenə də o qiymətə olmazdı".

Ekspert yerli ərzaq bazarında satışda olan xarici məhsullar barədə də məlumat verib. O, həmin məhsulların tərkibini, nədən hazırlandığını ciddi şəkildə araşdırmağı təklif edib:

"Dəfələrlə səsləndirdiyim digər bir məsələ xaricdən idxal olunan ət məhsullarının araşdırılması ilə bağlıdır. Həmin mallar çox cəlbedici şəkildə paketlənirlər və bu da insanlarda daha keyfiyyətli məhsul fikrini formalaşdırır. Müşahidələr onu göstərir ki, həmin xarici məhsulların qablaşdırılması ilə daxili eyni olmur, uyğunsuzluq olur".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hansı kərə yağını almaq daha yaxşıdır: 72, yaxud 82 faizli - fərq nədir?
Ölənlər gəlinin bibiləri imiş -Toy təxirə salındı / FOTO
Ər 18 yaşlı həyat yoldaşını qətlə yetirdi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı