Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76115
az

"Bu gündən etibarən "Twitter"lə işim bitdi"

11:4009 Noyabr, 2022
101
CƏMİYYƏT
  • A

"Oskar" mükafatçısı, amerikalı aktrisa Vupi Qoldberq "Twitter"dən ayrılıb.

Aktrisa İlon Maskın satın almasından sonra "Twitter"in "bardak"a çevrildiyini, özbaşınalığın hökm sürdüyünü iddia edib.

OXU24.COM  oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə ABC telekompaniyasının "The View" tok-şousunda iştirakı zamanı məlumat verib.

"Bəzi şeylərin bloklanmasından, sonra isə icazə verilməsindən bezmişəm. Əgər hər şey kifayət qədər normallaşsa və özümü daha rahat hiss etsəm, o zaman bəlkə geri qayıdaram. Amma bu gündən etibarən "Twitter"lə işim bitdi", - deyə Vupi Qoldberq qeyd edib.

Bundan əvvəl şou-biznesin digər nümayəndələri - ssenarist Şonda Rayms, pianoçu Sara Barellis, müğənni Toni Brekston və başqaları da bu sosial şəbəkədən istifadəni dayandırmaq barədə açıqlamalar ediblər.

Qeyd edək ki, oktyabrın 27-də İlon Mask "Twitter"i satın alınması üzrə müqavilə bağlayıb. Yeni sahibin istifadəçilərin daimi bloklanması praktikasına son qoyacağı gözlənilir. Mask açıqlama verib ki, "Twitter"də kontentin moderasiyası məsələsini araşdıracaq xüsusi şura yaradılması nəzərdə tutulur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı