Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75865
az

Tonlarla xurmanı sata bilməyən fermerlər çarəsiz durumda - VİDEO

18:2805 Noyabr, 2022
150
CƏMİYYƏT
  • A

Tovuzda xurma bağlarında məhsulun yığımı aparılır.

Bu il alıcılıq qabiliyyətinin azalması və qiymətlərin xeyli aşağı olması fermerləri çətin vəziyyətə salıb.

Fermer Rafiq Nəsibov bu il 10 tona qədər məhsul yığıb. Lakin məhsulun yarısını hələ sata bilməyib. Xurmanın bu növünə, yəni el arasında “şiş burun” adlanan xurmaya ötən illərlə müqayisədə demək olar ki, tələbat yoxdur.

Hazırda xurmanın bir kiloqramı təxminən 30-33 qəpikdir. Qablaşdırılan səbətlər və yeşiklərdə xurmanın tutumu 7-10 kiloqram arasındadır. Elə satış da qablarda gerçəkləşdirilir. Xurmanın tez xarab olan meyvə olduğunu nəzərə alsaq, bağ sahiblərinin narahatlığı başa düşüləndir. İmkanı olan məhsulunu soyuducu anbarlarda saxlasa da, bunu edə bilməyənlərin məhsulları elə bağlarda batır. Digər mövsüm meyvələri kimi bu il xurmanın da alıcısız qalmasının əsas səbəbi məhsulun Rusiya bazarına çıxarıla bilməməsidir.

Qeyd edək ki, Tovuzda 288,6 hektar xurma bağı var. Onun 251 hektarı bar verən bağlardır. Orta məhsuldarlıq 1 hektar üzrə 265 sentner təşkil edir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü