Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75738
az

Qəsəbə sakinləri Sumqayıta getmək üçün yol problemi yaşayırlar - VİDEO

19:2703 Noyabr, 2022
82
CƏMİYYƏT
  • A

Sumqayıt şəhəri, "Tuğ-zavod" qəsəbəsində yaşayanlar şəhər mərkəzi istiqamətinə hərəkət etmək üçün çox çətinlik çəkirlər.

Sakinlərin sözlərinə görə, Bakı-Quba yolunun qəsəbənin qarşısından keçən hissəsində bir neçə il əvvəl təmir-pərpa işləri aparılıb. Ancaq qəsəbəyə giriş yolunda geriyədönmə qövsü qoyulmadığından insanlar avtomobillə Ceyranbatan qəsəbəsinə gedib, oradan geriyə dönüş edərək Sumqayıt istiqamətinə hərəkət edirlər.

Bununla da sakinlər həm vaxt itirirlər, həm də yanacağa əlavə xərcləri çıxır.

Sakinlər deyirlər ki, paytaxt istiqamətinə və əksinə hərəkət zamanı belə bir problem yaşanmır. Onlar problemin həll edilməsi üçün qəsəbəyə giriş yolda əlavə geriyədönmə qövsünün yaradılmasını təklif edirlər. Məsələnin həlli üçün Baş Dövlət Yol Polisi İdarəsi, Nazirlər Kabineti yanında Yol hərəkətinin təşkili,tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyaya və Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edilib. Baş Dövlət Yol Polisi İdarəsi ərazidə geriyədönmə yerinin təşkil edilməsini mümkün hesab edib.

OXU24.COM Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sakinlərin iddialarına görə, qurumun cavab məktubunun üzərindən 5 ay keçsə də, bu istiqamətdə heç bir il görülməyib. Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məsələyə aydınlıq gətirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gündən tibbi arayışlar elektron formada veriləcək
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Avropa çempionumuzdan İLK AÇIQLAMA: