Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75652
az

Səbir etsən, həm savabı var və həm də müşükülün həll ediləcək

19:2002 Noyabr, 2022
129
CƏMİYYƏT
  • A

Səmaə ibni Mehran Mədinədə İmam Sadiqin (ə) xidmətinə gedir. İmam (ə) onun halını soruşur və buyurur: "Neçə vaxtdır ki, Mədinəyə gəlmirsən?".

O, ürəyini açıb İmama (ə) deyir: "Dünya mənə arxa çevirmişdir, məni əzmişdir. Malım əlimdən getmişdir, borclanmışam. Hər bir dərdim bir tərəfə, borclandığım insanların borcu istəməsi bir tərəfə. Bu səfərə gələndə də dostlarımdan borc almışam".

İmam (ə) buyurur: "Əgər səbir etsən, Allah sənə o qədər əcr verəcəkdir ki, başqalarının qibtəsinə səbəb olacaqsan. Əgər səbir etsən, sabahısıgünü deyəcəklər: "Ey kaş, biz də onun yerində olardıq".

Ancaq əgər səbir etməsən, İlahi təqdirat həyata keçəcəkdir və əcrin də olmayacaqdır.

Ona görə necə də yaxşı olardı ki, insan səbir etsin və dözsün və dünyadakı zahidliyini əldən verməsin".

İmam Hüseynin (ə) ləqəblərindən biri zahid idi. İmam Hüseynə (ə) məxsus olan salavatda oxuyuruq: "(Ey Allahım!) Hüseynin (ə) haqqına Hüseyn (ə) zöhdündən bizə də bəhrə ver ki, zöhdündən səbrinə çataq. Səbrindən imanına çataq. Zahid, sabir və mömin olaq".

İmam Hüseyn (ə) bacısı Zeynəbə (s.ə) belə buyurur: "Bacım, qüssə etmə. Mənim ölməyimə hazır ol. Ölümüm qətidir, bu gün və ya sabah! Onagörə necə də yaxşıdır ki, Allah yolunda öləm.

Yer əhlinin hamısı ölür, səma əhli isə qalıcıdır. Cəddim məndən daha yaxşı idi və dünyadan getdi. Atam, anam, qardaşım məndən daha yaxşı idilər, dünyadan getdilər. Məbada şeytan səbrini aradan aparsın!".

Allah Təala bizləri zahidliyə tərəf gedənlərdən qərar versin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı