Gözəllik salonlarına gedən qadınlar, diqqətli olun! - TƏHLÜKƏ VAR…
17 Oktyabr 2026, 20:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
321
02.11.2022, 17:33
Bakıda intihar etmiş tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin ölümündən bir neçə ay əvvəl işlədiyi "Kəpəz Hospital" klinikasında çantası da oğurlanıbmış.
OXU24.COM bildirir ki, qaynarinfo-nun məlumatına görə, ötən il 8 Noyabr - Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya aktından sonra azadlığa çıxan 1989-cu il təvəllüdlü Göyçay şəhər sakini Elnur (şərti) adlı şəxs 1 mart 2022-ci il tarixdə "Kəpəz Hospital"ın birinci mərtəbəsindəki həkim otağının giriş qapısının bağlı olmamasından istifadə edərək ora daxil olub. Həmin şəxs otaqdan Xalidə Kəngərliyə məxsus içərisində 80 manatlıq "Apple Airpods 3" markalı naqilsiz qulaqcıq, 150 manat nəğd pul, 3 bank kartı və 80 manat dəyəri olan "Michael Kors" markalı pul kisəsinin olduğu 200 manat dəyərində "Furla" markalı əl çantasını götürüb. O, zərəçəkənə ümumilikdə 540 manat ziyan vurub.
Məlum olub ki, Elnur həbsdən azad olunduqdan bir qədər sonra - 22 fevral 2022-ci il tarixdə Nəsimi rayonunda yerləşən "Avrasiya Hospital" klinikasından da oğurluq edib. O, "Avrasiya Hospital"da operator vəzifəsində çalışan xanıma məxsus, içərisində müxtəlif əşyaların olduğu çantanı oğurlayaraq, zərəçəkmişə 269 manat maddi ziyan vurub.
Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində Xalidə Kəngərlinin qardaşı tanınıb. O, bacısına məxsus əşyaların ibtidai istintaq vaxtı qaytarıldığını, bununla bağlı bacısı tərəfindən şikayət və tələbin olmaması barədə polis idarəsinə ərizə də verildiyini bildirib.
Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib və 2 il 6 ay azadlıqdan məhrum edib.
Oğurluq faktı ilə bağlı "Kəpəz Hospital"la əlaqə saxlasaq da, bu barədə məlumat verə bilməyəcəkləri deyilib. Bildirilib ki, məsələ ilə bağlı ancaq polis məlumat verə bilər.
Qeyd edək ki, bu ilin 27 iyununda 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən yaşadığı mənzilin eyvanından yerə atıb və dünyasını dəyişib.




21:18 / 17 Oktyabr 2026
30
20:39 / 17 Oktyabr 2026
56
20:39 / 17 Oktyabr 2026
84
20:16 / 17 Oktyabr 2026
72
20:03 / 17 Oktyabr 2026
81
20:03 / 17 Oktyabr 2026
451
19:50 / 17 Oktyabr 2026
77
19:38 / 17 Oktyabr 2026
186
19:38 / 17 Oktyabr 2026
91
19:32 / 17 Oktyabr 2026
244
19:26 / 17 Oktyabr 2026
94
19:25 / 17 Oktyabr 2026
73
19:15 / 17 Oktyabr 2026
127
19:06 / 17 Oktyabr 2026
181
18:56 / 17 Oktyabr 2026
1538
18:51 / 17 Oktyabr 2026
90
18:49 / 17 Oktyabr 2026
159
18:46 / 17 Oktyabr 2026
126
18:45 / 17 Oktyabr 2026
121
18:36 / 17 Oktyabr 2026
97
18:36 / 17 Oktyabr 2026
729
18:21 / 17 Oktyabr 2026
105
18:09 / 17 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.