Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar" - Video
17 Oktyabr 2026, 22:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
325
01.11.2022, 21:38
Bu gündən Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) çatdırılıb, şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirilib.
Müvafiq qərar Tarif Şurasının oktyabrın 26-da keçirilmiş növbəti iclasında qəbul edilib.
Məlumata görə, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri qəbul edilib. Qurumun Şuraya müraciətində qeyd olunub ki, dünyada baş verən tendensiyalara uyğun olaraq, internet vasitəsi ilə əlaqələrin artması fonunda beynəlxalq giriş və çıxış telefon trafikinin həcmi ildən-ilə azalır.
Xidmətlərlə bağlı 2 dekabr 2013-cü il tarixində həyata keçirilmiş son tarif tənzimlənməsindən sonra trafik daha da azalıb ki, bu da müəssisələrin maliyyə fəaliyyətinə təsir edib. Bu baxımdan, keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi, əməkhaqlarının artırılması və xərclərin qarşılanması məqsədilə tariflərə yenidən baxılmasına zərurət yaranıb.
Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının qaldırılması barədə OXU24.COM-a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki,normal hesabatlı, şəffaf qurumlar olsa, qiymət artımlarını izah etmək çətin olmaz:
"Uzun müddətdir, 2 manat 50 qəpiklik tarif tətbiq edilirdi. Xidmət xərcləri, avadanlıqların, yanacağın qiyməti artır. Hətta bu şirkət əməkdaşlarının əməkhaqqını da qaldırmalıdır. Müəyyən xərc yükü yaranır. Nəticə etibarilə, qiymət artımlarını şərtləndirir. Belə qurumların fəaliyyətinin şəffaf olmaması cəmiyyətdə narazılıqla qarşılanır.
Mobil operatorlar şəhərlərarası bazarda geniş paya malikdilər. Optimal paketlər təklif edirlər. Ucqar yerlərdə mobil operator xidmətlərindən istifadə mümkündür. Şəhərlərarası telefon danışığı tarifini aşağı salıb, sabit şəbəkə telefonlarından istifadənin aylıq abunə haqqını qaldırmaq görüntü xarakterlidir.
Yəni adekvat qiymət siyasəti yürütdüklərini bildirmək istəyirlər".
23:19 / 17 Oktyabr 2026
38
22:59 / 17 Oktyabr 2026
43
22:49 / 17 Oktyabr 2026
77
22:21 / 17 Oktyabr 2026
111
22:12 / 17 Oktyabr 2026
90
22:10 / 17 Oktyabr 2026
75
22:05 / 17 Oktyabr 2026
80
21:57 / 17 Oktyabr 2026
112
21:40 / 17 Oktyabr 2026
132
21:18 / 17 Oktyabr 2026
84
20:39 / 17 Oktyabr 2026
86
20:39 / 17 Oktyabr 2026
128
20:16 / 17 Oktyabr 2026
99
20:03 / 17 Oktyabr 2026
125
20:03 / 17 Oktyabr 2026
1361
19:50 / 17 Oktyabr 2026
98
19:38 / 17 Oktyabr 2026
264
19:38 / 17 Oktyabr 2026
123
19:32 / 17 Oktyabr 2026
867
19:26 / 17 Oktyabr 2026
123
19:25 / 17 Oktyabr 2026
79
19:15 / 17 Oktyabr 2026
172
19:06 / 17 Oktyabr 2026
243
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.