Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar" - Video
17 Oktyabr 2026, 22:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
737
01.11.2022, 18:15
Yeni avtomobil almaq bu gün sıravi azərbaycanlı üçün çox çətindir. Ona görə əsasən, köhnə maşınlara üstünlük veririk. Belə maşınlarda isə salondan dəm qazı (uqar, karbon monoxide), sadə dildə desək, “qluşitel”dən çıxan qaz iyi gəlir ki, bundan da çox adam şikayət edir. Bəzən belə hallar zəhərlənməyə gətirib çıxarır.
Karbon qazı emissiyası nəqliyyat vasitələrində istifadə olunan benzin və dizel yanacağının yanması nəticəsində havaya qarışan kimyəvi qazların yaratdığı vəziyyətdir.
Avtomobildə buna müntəzəm olaraq nəzarət etmək lazımdır. Əks halda, maşındakı havanın çirklənməsi baş verir və bu da insan sağlamlığına təhlükə yaradır.
Dünya əhalisinin sayı günü-gündən artarkən, avtomobillərin sayı da ona uyğun olaraq artır. Həm maddi, həm də fiziki ziyanı çox olan səs boğucusunu (qluşitel) vaxtında dəyişmək lazımdır.
Avtomobillərdə mühərrikin içərisində istifadə edilən yanacağın yanması nəticəsində əmələ gələn kimyəvi tullantılar katalitik çeviricinin köməyi ilə havaya qarışmalıdır. Hava ilə qarışan karbohidrogen, karbonmonoksit və azot oksidləri nəqliyyat vasitələrində müəyyən dəyərlər arasında olmalıdır. Dizel yanacağı ilə işləyən avtomobillərdə bu maddələrdən başqa, səs boğucudan havaya hissəciklər buraxılır. Bu da sonda bədbəxt hadisəyə, zəhərlənmələrə səbəb olur.
Qeyd edək ki, zəhərlənmə çox yavaş-yavaş baş verir. Bu, bir çoxlarında baş ağrısı, ürək bulanma, halsızlıq, sarılıq, uşaqlarda qusma və huş itirmə kimi nəticələnir. Bəzən insanlar elə bilirlər ki, belə də olmalıdır. Halbuki bu insanlar yüngül zəhərlənmə keçirirlər, ancaq xəbərləri olmur. Bir müddət keçdikdə isə bu çox ciddi fəsadlarla nəticələnir.
Buna görə sürücülər diqqətli olmalıdır. Maşını almaq asan ola bilər, amma ona nəzarət etmək çətindir. Avtomobil tez-tez servisə aparılmalıdır. Səs boğucu tez-tez dəyişilməlidir. Ümumilikdə, avtomobilin ehtiyat hissələrini bacardığınız qədər diqqətdə saxlamaq lazımdır.
23:19 / 17 Oktyabr 2026
38
22:59 / 17 Oktyabr 2026
43
22:49 / 17 Oktyabr 2026
77
22:21 / 17 Oktyabr 2026
111
22:12 / 17 Oktyabr 2026
90
22:10 / 17 Oktyabr 2026
75
22:05 / 17 Oktyabr 2026
80
21:57 / 17 Oktyabr 2026
112
21:40 / 17 Oktyabr 2026
132
21:18 / 17 Oktyabr 2026
84
20:39 / 17 Oktyabr 2026
86
20:39 / 17 Oktyabr 2026
128
20:16 / 17 Oktyabr 2026
99
20:03 / 17 Oktyabr 2026
125
20:03 / 17 Oktyabr 2026
1361
19:50 / 17 Oktyabr 2026
98
19:38 / 17 Oktyabr 2026
264
19:38 / 17 Oktyabr 2026
123
19:32 / 17 Oktyabr 2026
867
19:26 / 17 Oktyabr 2026
123
19:25 / 17 Oktyabr 2026
79
19:15 / 17 Oktyabr 2026
172
19:06 / 17 Oktyabr 2026
243
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.