Hikmət Hacıyev "Counterpoint" sənədli filmi barədə paylaşım etdi
18 Oktyabr 2026, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
566
31.10.2022, 18:22
Nüsrət İbrahimli: “İpoteka qaydalarına dəyişiklik olsa, belə köhnə binalarda mənzillərin ucuzlaşması gözlənilir”
img
Belə ki, hazırda mövcud qaydalara əsasən, 1970-ci ildən sonra istifadəyə verilmiş binalarda olan mənzillər həm dövlət ipotekasına, həm də bankların təklif etdiyi daxili ipoteka təkliflərinə yararlıdır.
Ekspertlər bildirir ki, yaxın zamanlarda bu qayda dəyişdiriləcək. Bu qayda 2000-ci ildən sonra istifadəyə verilmiş binalara şamil olunacaq. Belə olan halda isə, köhnə tikililərlə tələbat kəskin azalacaq və həmin binalarda mənzillərin satış qiymətinin ucuzlaşması gözlənilir.
“İpoteka qaydalarında dəyişikliyin edilməsi gözlənilir, ancaq bu qərarın 1997-98-99-cu illərdə istifadəyə verilmiş binalara şamil edilməməsi inandırıcı görünmür”
Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ipoteka qaydalarında dəyişikliyin edilməsi gözlənilir. Ancaq bu qərarın 1997-98-99-cu illərdə istifadəyə verilmiş binalara şamil edilməməsi inandırıcı görünmür: “Məlumdur ki, Bakıda istifadə müddəti bitmiş çoxlu sayda bina var. Bakı şəhərində istismar müddətini bitirmiş 11 minə qədər bina var. Bu mənzillərin ipoteka kreditilə satılması qaydalara əsasən mümkün deyil. 1970-cı ilə qədər olan binaların söküntüsü hələ bitməyib. Həmin binaların hamısının sökülməsi uzun zaman tələb edir”.
Həmsöhbətimiz hesab edir ki, ipoteka qaydalarına dəyişiklik olsa belə köhnə binalarda mənzillərin ucuzlaşması gözlənilir. Bu hal ilkin mərhələdə olacaq. Ancaq sonradan 2000-ci ilə qədər istifadəyə verilmiş binalarda qiymətlər yenidən artacaq.
Ekspert onu da əlavə etdi ki, qarşıdakı aylarda əmlak qiymətləri bir az da artacaq: “Artıq Bakı küçələrində çoxsaylı rus vətəndaşlarını da görmək mümkündür. Heç vaxt Bakıda bu qədər rus görməmişik. Qarşıdakı aylarda bizi böyük sürprizlər gözləyir. Bu zaman Azərbaycanda daşınmaz əmlakın qiymətində kəskin artım baş verə bilər. Amma bu bir ehtimaldır. Proseslərin necə gedəcəyini indidən proqnozlaşdıra bilmərik. Bu ehtimalın özünü nə qədər doğruldacağı hadisələrin gedişindən asılı olacaq”.
00:00 / 18 Oktyabr 2026
88
23:59 / 17 Oktyabr 2026
63
23:34 / 17 Oktyabr 2026
66
23:19 / 17 Oktyabr 2026
78
22:59 / 17 Oktyabr 2026
79
22:49 / 17 Oktyabr 2026
96
22:21 / 17 Oktyabr 2026
140
22:12 / 17 Oktyabr 2026
113
22:10 / 17 Oktyabr 2026
93
22:05 / 17 Oktyabr 2026
100
21:57 / 17 Oktyabr 2026
141
21:40 / 17 Oktyabr 2026
158
21:18 / 17 Oktyabr 2026
92
20:39 / 17 Oktyabr 2026
97
20:39 / 17 Oktyabr 2026
142
20:16 / 17 Oktyabr 2026
110
20:03 / 17 Oktyabr 2026
138
20:03 / 17 Oktyabr 2026
1601
19:50 / 17 Oktyabr 2026
105
19:38 / 17 Oktyabr 2026
286
19:38 / 17 Oktyabr 2026
136
19:32 / 17 Oktyabr 2026
1002
19:26 / 17 Oktyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.