Qaynar xətt:

(+99450) 247 90 86

Bakının mərkəzində maraqlı mənzərə: dayanacaq görün harada quraşdırılıb - VİDEO

Bakının mərkəzində maraqlı mənzərə: dayanacaq görün harada quraşdırılıb - VİDEO

CƏMİYYƏT

375

29.10.2022, 17:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dayanacağın olmaması bir dərd, olması daha böyük dərd. Nəyə görə olmasını da dərd kimi təqdim etdim. Demək, paytaxtda dayanacaqlardan birini  düz piyada səkisinin ortasına quraşdırıblar. Görək aidiyyəti qurum buna necə bir  açıqlama verib. 

OXU24.COM  Xəzər TV-yə istinadən bildirir ki, avtobus dayanacağı piyada səkisinin düz ortasında quraşdırılıb. Bura paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsidir. Küçədə olan dayanacaqlardan birinin bu formada quraşdırılması piyadalara çətinlik yaradır.

Piyadalar tezliklə bu dayanacağın yerinin dəyişdirilməsini istəyirlər. 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, həmin dayanacaq Agentlik yaranmazdan əvvəl quraşdırılıb. Buna baxmayaraq, problem nəzarətə götürülüb. Artıq paytaxtda bu vəziyyətdə olan bir neçə dayanacağın yeri dəyişdirilib. Yaxın günlərdə bu dayanacaq da uyğun yerə köçürüləcək.