Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75410
az

SON DƏQİQƏ! Azərbaycanda məşhur qadın müğənni axtarışa verildi

13:4627 Oktyabr, 2022
1391
  • A

Müğənni Afət Fərmanqızı barəsində axtarış elan edilməsi ilə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

APA xəbər verir ki, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə baxılan iş üzrə qərar elan edilib. Qərara əsasən, şikayət əsassız hesab olunaraq rədd edilib.

Afət Fərmanqızı barəsində axtarış qərarı qüvvədə qalıb.

Xalq artisti Flora Kərimovanın vəkili Xavər Həsənova APA-ya məlumatı təsdiq edib.

 

 

 

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

İş Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Kərimovanın icraatına verilib.

Müğənni Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan olunub.

Xüsusi ittihamçı Afət Fərmanqızını Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Azərlotereya” “Bakı Marafonu-2024”də 
Şəkidə 68 yaşlı qadını avtomobil vuraraq öldürüb
Rubl neçəyədir? - MƏZƏNNƏ

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda silahlı şəxs tutulub