Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75330
az

Bakının bu ərazisi PLANA DÜŞDÜ - VİDEO

17:2623 Oktyabr, 2022
147
CƏMİYYƏT
  • A

Nəsimi rayonunda ''Papanin'' kimi tanınan yerdə fərdi yaşayış evləri plana düşüb. 4 hektardan artıq olan həmin ərazidə evlərin sökülməsi, əvəzində hündürmərtəbəli binaların tikilməsi planlaşdırılır. Ümumilikdə 288 fərdi evin olduğu bildirilir. Onların bəzilərinin sahibləri ilə artıq razılaşma əldə edilib, bəziləri isə şərtlərlə razı deyil.

OXU24.COM  məlumat verir ki, böyük bir ərazidə fərdi yaşayış evlərinin sökülməsinə başlanıb. Evlərin sökülməsinə başlanan ərazi paytaxtın Nəsimi rayonunun ''Papanin'' kimi tanınan hissəsidir.

Cəlil Məmmədquluzadə, Novruzov qardaşları, Həsən əliyev və Yusif Vəzir Çəmənzəminli küçələrinin kəsişməsində  ümumilikdə 4 hektardan artıq ərazidəki  fərdi evlərin sökülməsi, əvəzinə hündürmərtəbəli yaşayış binalarının tikilməsi planlaşdırılır. Ərazidə hələlik söküntü, gələcəkdə isə tikinti işləri aparacaq MTK-dan bildirildi ki, layihəyə uyğun olaraq burada  16 mərtəbəli 11 binanın tikintisi nəzərdə tutulur. Razılıq əldə olunanlar kirayəyə köçürülür. Onlara binalar tikildikdən sonra evlərin veriləcəyi bildirilib.

Bununla belə, hələlik şirkətlə razılığa gəlməyənlər də var. Bəzi sakinlər şərtlərin onların dediyi kimi olmasını istəyirlər.

MTK-nın direktoru Aslan Quliyev bildirdi ki, sakinlərə hazırda yaşadıqları fərdi evlərin sahəsindən minimum 20% artıq mənzillər təklif edilir. Tamamilə qapalı olması nəzərdə tutulan kompleksdə 3 hektarlıq parkın, əyləncə mərkəzlərinin və digər zəruri infrastrukturun olacağı bildirilib

Qeyd edək ki, ümumilikdə söküntü və tikinti işlərinin 3 il ərzində tam sona çatdırılması hədəflənir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi