Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7507
az

Şikayətə gedən şəxs "Qaçqınkom"da döyülüb? - Mingəçevirdə ŞOK olay

15:2029 Noyabr, 2018
844
CƏMİYYƏT
  • A
 


Mingəçevir şəhərində məskunlaşan Ağdam rayonundan olan məcburi köçün tərəfindən saytımıza şikayət daxil olub. Şikayətçi bildirir ki, 8 aydır, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mingəçevir üzrə nümayəndəsi tərəfindən problemi həll edilmir.

“Mən  Süleymanov Ələddin Ağdam rayon Mərzili kənd sakini 1993-cü ildən Mingəçevir şəhəri Vaqif küçəsi 17 mənzil 53-də yataqxanada yaşayıram. Bundan başqa mən Qarabağ müharibəsi veteranı və ikinci qrup əliləm. Ağır  əməliyyat  keçirmişəm və hazıra hər ay  190 -200 manatlıq iynə dərmanla yaşayıram. Məni 8 aydır, kommunal məsələlərlə əlaqədar problemimi “Qaçqınkom”un Mingəçevir şəhər şöbəsininn məsul vəzifəli şəxsi Hüseyn  Yusifov həll etmir. Mənim 4 nəfər ailə üzvüm olduğu halda, yalnız iki nəfərə,  mənə və qızıma işıq pulu yüklənir. Bunun da səbəbkarı Hüseyn Yusifovdur. Çünki bu adam “Qaçqınkom”a siyahını səhv verib və bu səhvini 8 aydır düzəltmir”.


Şikayətçinin iddiasına görə, problemin həlli üçün növbəti dəfə dövlət qurumuna müraciət edərkən orada döyülüb:

“Bununla  bağlı  növbəti  dəfə  20  noyabrda  təxminən  15  radələrində  Hüseyn Yusifovun  iş yerinə  gedib məsələnin niyə həll etmədiyini soruşdum. 8 aydır, məni süründürdüyü üçün orada haqlı olaraq əsəbləşdim. Və dedim ki, “sən hər ay mənə işıq pulunu verəcəm deyirdin, indi niyə hər dəfə bir bəhanə ilə məni yola verirsən?”. Mübahisə edərkən Hüseyn Yusifov mənim döş qəfəsimdən qəflətən güclü yumuruq zərbəsi endirdi. Bundan  sonra  orda  olan “Qaçqınkom”un əməkdaşları  bizi  ayırdı.

O, hadisədən sonra polis şöbəsinə gedərək, Hüseyn Yusifovdan şikayətçi olub:

“Mən kəskin ağrı ilə ordan birbaşa  Mingəçevir şəhər polis şöbəsinə gəldim və öz şikayətimi yazılı şəkildə polis bölməsinə təqdim etdim. Orda kəskin ağrıdığımı görən tədqiqatçı məni xəstəxanaya göndərdi. Xəstəxanada mən acil şöbəsinə getdim. Orda  mənə ağrıkəsicilər vuruldu və rentgen müayinəsi olundum. Hər hansı qırıq çıxıq olmadı. Ancaq bugünə qədər həmin nahiyədə ağrılarım olur. Səhəri gün məsələnin nə yerdə olduğunu öyrənmək üçün təkrar polis şöbəsinə getdim. Bu dəfə tədqiqatçı məni ekspert həkiminə göndərdi. Həkim müayinə edib heç bir söz demədi. Mənim istəyim odur ki, bu cür vəzifə səlahiyyətlərini aşan məmurların özbaşınalığı il bağlı tədbir görülsün. Bu fiziki zərbədən çox mənə vurulan mənəvi zərbədir. Çünki mən və mənim kimi əlillər, müharibə veteranları birbaşa dövlətimizin qayğısı altındayıq. Mənə atılan bu zərbəni mən bütün Qarabağ müharibəsi veteranları və əlillərə atılmış zərbə kimi qəbul edirəm. Lakin Hüseyn Yusifov “Qaçqınkom”dan əməkhaqqını mənim kimi köməksiz və zəif insanları döymək üçün alır.

Şikayətçi deyir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə  Dövlət  Komitəsinin  Mingəçevir  üzrə  nümayəndəsi  Hüseyn Yusifovun  bu  addımı  onun  ailə  üzvlərini  dərindən sarsıdıb:

“Bu hadisə mənim ailə üzvlərimə çox pis təsir etmişdir. Uşaqlarım “Ata sən axı veteransanı və əlilsən sənə necə əl qaldırdılar?” deyəndə mən onlara cavab verə bilmirəm. Sonda inanıram  ki, uşaqlarımın bu sualına dövlətimizin qanunları çərçivəsində cavab veriləcək”.

Oxu24.com məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əfqan Baxışova VƏZİFƏ VERİLDİ
Əhalinin yeni sayı açıqlandı
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib