Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ! Müdafiə Nazirliyi açıqlama yaydı

TƏCİLİ! Müdafiə Nazirliyi açıqlama yaydı

CƏMİYYƏT

708

16.10.2022, 11:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kəlbəcər, Laçın və Tovuz istiqamətində ordumuzun mövqeləri atəşə tutulub.

Bu barədə  Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Oktyabrın 15-i saat 15:20-dən 18.00-dək və oktyabrın 16-sı gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd və Yuxarı Şorca, Gorus rayonunun Qaraşen, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Cəmilli və Mollabayramlı, Laçın rayonunun Hüsülü, eləcə də Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

50 Yaşdan Sonra Cinsi Əlaqəyə Girməsəz Görün Nələr Olacaq! (VİDEO)