Qaynar xətt:

(+99450) 247 90 86

Düşmən gecə saatlarında Kəlbəcərə...- MÜDAFİƏ NAZİRLİYİ AÇIQLADI

Düşmən gecə saatlarında Kəlbəcərə...- MÜDAFİƏ NAZİRLİYİ AÇIQLADI

CƏMİYYƏT

469

14.10.2022, 09:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oktyabrın 14-ü saat 00:40-dan saat 01:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə Oxu24.com-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

SON DƏQİQƏ! Ermənistan rəsmən açıqlama yaydı: Azərbaycanla...