Ulduz falı: 19 oktyabr, 2026-cı il
18 Oktyabr 2026, 20:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
944
13.10.2022, 23:08
Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.
Oxu24.com xəbər verir ki, dövlətimizin başçısını salamlayan Prezident Vladimir Putin dedi:
-Hörmətli İlham Heydər oğlu, Sizinlə bugünkü tədbir çərçivəsində indi görüşmək fürsətinə görə çox şadam. Biz Sizinlə müntəzəm olaraq görüşürük və həmişə nədənsə danışmağa mövzu var. Çünki çox müxtəlif istiqamətlər üzrə kifayət qədər geniş qarşılıqlı fəaliyyət mövcuddur. Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biri kimi qalmaqdadır və əmtəə dövriyyəsi artır. Məncə, ötən il 14 faiz artıb, bu ilin ilk 7 ayı ərzində 7 faizdən çox artıb. Bizim iqtisadi operatorlar Azərbaycan iqtisadiyyatına 4,5 milyard dollar sərmayə yatırıblar.
Hökumətlərarası Komissiyanın həmsədrləri müntəzəm görüşürlər. İşlər Sizin təklif etdiyiniz plan üzrə gedir. Düşünürəm ki, 2024-cü il də daxil olmaqla, Sizin tərəfinizdən təklif olunan bir sıra perspektivli, maraqlı layihələr üzrə gedir. Təbii ki, biz regionda vəziyyətin nizamlanması ilə bağlı məsələləri də həmişə diqqətdə saxlayırıq. Ümidvaram ki, bütün bu məsələlər üzrə bir daha danışmaq fürsətindən də istifadə edəcəyik və mövqelərimizi dəqiqləşdirəcəyik.
X X X
Prezident İlham Əliyev dedi:
-Vladimir Vladimiroviç, Sizi yenidən görməyimə çox şadam. Siz tamamilə haqlısınız, biz müntəzəm görüşürük, demək olar, bu yaxınlarda Sankt-Peterburqda, o görüşə qədər isə ötən ay Səmərqənddə. Bizim münasibətlər nə dərəcədə dinamik inkişaf etsə də, Siz dediyiniz kimi, bir çox məsələlər üzrə mövqelərimizi dəqiqləşdirməyə həmişə ehtiyac var. Biz ölkələrimiz arasında münasibətlərin bu cür inkişaf etməsinə görə çox şadıq. Fikrimcə, bu münasibətlər ən yüksək səviyyəyə - müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatıb və biz bir çox məsələlər üzrə fəal surətdə irəliləyirik. Siz qeyd etdiniz, təsdiqləmək istəyirəm ki, iqtisadi-ticari əlaqələr üzrə əmtəə dövriyyəsində artım var. İndi müəyyən etdiyimiz və bundan əvvəlki görüşlərdə razılaşdırdığımız layihələr bizə qarşılıqlı ticarəti daha da artırmaq imkanı verəcək. Həmçinin nəqliyyat, energetika sahələrində və humanitar sahədə əməkdaşlıqla bağlı məsələlər. Biz bütün istiqamətlər üzrə müsbət dinamika görürük. Lakin, əlbəttə, hər bir görüşdə biz regionumuzda təhlükəsizliyə, sülhə nail olmaq məsələlərindən yan keçmirik. Biz bu gün bu barədə də danışacağıq. Biz uzunmüddətli sülhə hədəflənmişik. Biz hesab edirik ki, nəhayət bu sülhə nail olmaqdan ötrü öz tərəfimizdən kifayət qədər konstruktiv tezislər təklif etmişik.
Beləliklə, görüşmək fürsətinə görə bir daha təşəkkür edirəm. Əminəm ki, bu görüş də çox məhsuldar olacaq. Sağ olun.
Prezident Vladimir Putin: Sağ olun.
20:49 / 18 Oktyabr 2026
3
20:39 / 18 Oktyabr 2026
51
20:25 / 18 Oktyabr 2026
45
20:09 / 18 Oktyabr 2026
63
19:56 / 18 Oktyabr 2026
80
19:42 / 18 Oktyabr 2026
132
19:30 / 18 Oktyabr 2026
536
19:19 / 18 Oktyabr 2026
85
19:09 / 18 Oktyabr 2026
68
18:55 / 18 Oktyabr 2026
386
18:50 / 18 Oktyabr 2026
74
18:47 / 18 Oktyabr 2026
93
18:37 / 18 Oktyabr 2026
130
18:32 / 18 Oktyabr 2026
924
18:30 / 18 Oktyabr 2026
97
18:25 / 18 Oktyabr 2026
122
18:20 / 18 Oktyabr 2026
3411
18:15 / 18 Oktyabr 2026
72
18:00 / 18 Oktyabr 2026
79
17:21 / 18 Oktyabr 2026
135
16:10 / 18 Oktyabr 2026
104
16:05 / 18 Oktyabr 2026
116
15:55 / 18 Oktyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.