Çətin vəziyyətə düşən şəxs belə xilas edildi
18 Oktyabr 2026, 21:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
338
11.10.2022, 21:59
Dövlət Gömrük Komitəsi tərəfindən tətbiq edilən yenilik hesabına poçt göndərişləri vasitəsilə xaricdən gətirilərkən gömrük nəzarəti və ödənişləri tələb olunan bağlamaların rəsmiləşdirilməsi prosesi sadələşdirildi.
Bu məqsədlə Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisindəki Bakı Karqo Terminalının inzibati binasında xüsusi mərkəz yaradılıb və bağlamaların rəsmiləşdirmə prosesindəki bütün əməliyyatlar vahid məkanda, ən qısa vaxt ərzində həyata keçirilir.
Nahar fasiləsində də fəaliyyətini davam etdirən mərkəzdə quraşdırılan kompüter və elektron köşklərdən istifadə etməklə vətəndaşlar "Smart customs" tətbiqi üzərindən bəyannamələrdə düzəlişlər apara, gömrük ödənişlərini həyata keçirə bilərlər. Vaxt itkisinin qarşısını almaq məqsədilə gömrük rəsmiləşdirilməsi və anbar ödənişləri vahid məkanda, bir pəncərə sistemi ilə reallaşdırılır .
Bundan başqa texnoloji sxemdə aparılan təkmilləşdirmələr hesabına gömrük nəzarəti zamanı yol verilən təkrarlamalar da aradan qaldırılıb.
Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələri tərəfindən aparılan təhlillərə əsasən bağlamaların gömrük rəsmiləşdirilməsinə görə vətəndaşlar əvvəllər 40 dəqiqədən 3 saata qədər vaxt itirirdisə, artıq bu mərkəzdə bütün proseslər maksimum 20 dəqiqə ərzində həyata keçirilir.
Artıq tətbiqinə başlanan yeniliklər xidmətlərin əlçatanlığının, gömrük prosedurlarının rasionallığının təmin edilməsi, əməliyyatların sadə, asan, sürətli şəkildə həyata keçirilməsi, vətəndaş məmnuniyyətinin, şəffaflığın artırılmasına şərait yaradacaq.
22:54 / 18 Oktyabr 2026
25
22:03 / 18 Oktyabr 2026
70
21:52 / 18 Oktyabr 2026
67
21:31 / 18 Oktyabr 2026
81
21:26 / 18 Oktyabr 2026
87
21:20 / 18 Oktyabr 2026
67
21:13 / 18 Oktyabr 2026
130
21:08 / 18 Oktyabr 2026
92
20:58 / 18 Oktyabr 2026
66
20:39 / 18 Oktyabr 2026
90
20:25 / 18 Oktyabr 2026
97
20:09 / 18 Oktyabr 2026
128
19:56 / 18 Oktyabr 2026
155
19:42 / 18 Oktyabr 2026
187
19:30 / 18 Oktyabr 2026
862
19:19 / 18 Oktyabr 2026
105
19:09 / 18 Oktyabr 2026
82
18:55 / 18 Oktyabr 2026
609
18:50 / 18 Oktyabr 2026
85
18:47 / 18 Oktyabr 2026
114
18:37 / 18 Oktyabr 2026
146
18:32 / 18 Oktyabr 2026
1350
18:30 / 18 Oktyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.