Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74768
az

Ambulansların yoluna çıxan sürücüləri cərimə gözləyir - VİDEO

21:1507 Oktyabr, 2022
141
CƏMİYYƏT
  • A

Evdə, yolda, işdə və digər yerlərdə... Səhhətimizdə problem yaranan kimi dərhal onları çağırırıq - təcili tibbi yardımın əməkdaşlarını... Ancaq bəzi hallarda təcili tibbi yardım avtomobillərinin çağırış ünvanına vaxtında çatmaması səbəbindən xəstə dünyasını dəyişir. Bu zaman yardım briqadası ilə xəstənin yaxınları arasında mübahisələr düşür. Bəs bu operativ nəqliyyat vasitələrinin çağırış ünvanına vaxtında çatmasına maneə olan səbəblər nələrdir? Əməkdaşımız Ömər Xıdırov elə çağırış vaxtı  həkim və tibb bacısı ilə birlikdə təcili tibbi yardım avtomobilində ünvana gediblər.

Təcili tibbi yardım stansiyasına çağırış daxil olur. Həkim və tibb bacısı avtomobilə əyləşərək dərhal çağırış ünvanına yollanırlar.

Bəzi hallarda buna yollarda tıxacın olması və təcili tibbi yardım avtomobillərinə digər nəqliyyat vasitələrinin yol verməməsi səbəb olur. Biz də ''Xəzər Xəbər'' olaraq vəziyyəti yerində görüb göstərmək üçün təcili tibbi yardım avtomobilinə əyləşib çağırış ünvanına yollanırıq. Ancaq sürücü yola daxil olan kimi çıxılmaz vəziyyətlə qarşılaşır.

Təcili tibbi yardım avtomobilinin sürücüsü sayrışan işığı yandırmasına və səs siqnalını qoşmasına baxmayaraq, digər sürücülərin bəziləri ona yol vermirlər.

Bəzi hallarda isə sürücülər yol vermək üçün təcili tibbi yardım maşınının tam yaxınlaşmasını gözləyirlər ki, bu da gec olur.

OXU24.COM Xəzər Xəbər-ə istinadən xəbər verir ki, 18 ildir təcili tibbi yardım avtomobilinin sürücüsü işləyən Samir Hüseynov deyir ki, çağırış ünvanına gecikmələrində həm tıxac, həm də yollarda bəzi sürücülərin yol verməmələri rol oynayır.


Təcili tibbi yardım maşınlarının sürücüləri yollarda təhlükəli vəziyyətlə də üzləşirlər. Çünki tıxac səbəbindən bəzən qarşı hərəkət zolağına çıxmağa məcbur olurlar. Hətta bir neçə dəfə məhz bu səbəbdən yol nəqliyyat hadisəsi də baş verib.

Baş Dövlət Yol Polisi İdarəsi yollarda operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülərə xəbərdarlıq edir. Qaydalara əməl etməyənlər cərimə olunacaqlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub