Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda ötən 30 il ərzində mina qurbanlarının sayı açıqlandı

Azərbaycanda ötən 30 il ərzində mina qurbanlarının sayı açıqlandı

CƏMİYYƏT

372

05.10.2022, 21:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Ermənistan tərəfindən minaların kortəbii istifadəsi və minaların basdırılmasına hələ də davam edilməsi yaralanmalara və iztirablara səbəb olur”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov feysbuk səhifəsində yazıb. 

"Ötən 30 il ərzində mina qurbanlarının sayı 38-i qadın, 357-si uşaq olmaqla 3 336-ya çatıb. Bunların 257-si 2020-ci il müharibəsindən sonrakı qurbanlardır", - deyə nazir qeyd edib.