Qaynar xətt:

(+99450) 247 90 86

İlon Mask fikrini dəyişdi: “Twitter”i almaq İSTƏYİR

CƏMİYYƏT

213

05.10.2022, 13:24

Dünyanın ən varlı adamı olan amerikalı iş adamı İlon Mask “Twitter” sosial şəbəkəsini almaq istədiyini bəyan edib. O, bu məqsədlə şirkətə yeni təklifini verib. 
 
OXU24.COM  “investing.com” saytına istinadən xəbər verir ki, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası sövdələşmənin bərpa olunduğunu təsdiqləyib.
Xatırladaq ki, Mask 44 milyard dollara qəbul edilən alqı-satqı müqaviləsindən “Twitter”in saxta hesablar haqqında düzgün məlumat verilmədiyi səbəbi ilə imtina etmişdi. Bununla əlaqədar sosial media şirkəti sövdələşmədən imtina etdiyi üçün Maskı iyul ayında məhkəməyə verdi və satınalmanın baş tutmasını tələb etdi. Məhkəmə mübahisəsinin yaranmasından sonra iş adamı satınalma prosesini davam etdirmək istəyir.