Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74693
az

Quranda pak qidalar

09:2405 Oktyabr, 2022
167
CƏMİYYƏT
  • A

Quran ayələrində İslam dininin davamçıları üçün haram yeməklər göstərilmişdir. Amma İslamın məqsədi insanları rahat etdirmək və lazımsız çətinliyin qarşısını almaq olduğu üçün Quranda halal-haram mövzularından əlavə çox diqqət edilməsi lazım olan bəzi mövzular var.

Bu məzmunlardan biri belədir: "bəzi yeməkləri haram edən Həmin Allah, xüsusi rəhməti ilə onların zərurət halında istifadəsinə icazə vermişdir". Lakin bu icazə insanlara zərər verə biləcək müəyyən şərtlərlə məhdudlaşır.

"Nümunə təfsiri" kitabında bu istisnaların haram qidaların həddindən artıq yeyilməsinə bəhanə kimi istifadə edilməməsi üçün iki şərt irəli sürüldüyü bildirilir.

Birincisi, fövqəladə vəziyyətdə ləzzət niyyəti ilə edilməməli, ikincisi, zərurət həddindən kənara çıxılmamalıdır. Bu ayəyə diqqət yetirin:

"O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir.

Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, rəhmlidir! (Bəqərə, 173).

Düşünülə bilər ki, bu ayənin əsas məqsədi bəzi qidaları haram etməkdir. Lakin maraqlıdır ki, nazil olduğu dövrdə cahiliyyət dövründə yeyilməsi haram olan bir çox qidalar icazəli sayılıb.

"Nur Təfsir"ində oxuduğumuz kimi, bu ayədə dörddən çox haram olan qidaların olduğu bildirilir. Bunu nəzərə alsaq, onda "İnnəma" kəlməsi yeməli olanların haramının bu maddələrlə məhdudlaşdığını deyil, həqiqətdə, İslamdan əvvəlki qadağaların qarşısındadır.


Necə ki, Məhəmməd Peyğəmbərin (s) zühurundan əvvəlki cəmiyyətdə bir çox yeməklər haram sayılırdı ki, bu ayə ilə caiz sayıldı.

İmam Sadiq (ə) bu ayənin məzmununu vurğulamaq üçün də buyurmuşdur: "Əgər kimsə fövqəladə vəziyyətdə bilərəkdən haram yemək yeməsə və ölsə, kafir ölmüşdür".

Başqa bir məqam isə odur ki, fövqəladə qayda (yəni həyat təhlükəsi yarananda qaydaların dəyişdirilməsi) yalnız yeməli şeylərə məxsus deyil, qarşıya çıxan hər bir məsələdə qanunun şəklini dəyişdirir. Necə ki, insan xəstə olanda və həkim xəstəyə dincəlməyi əmr edəndə, insan uzanmış halda namaz qılmalıdır.

İlahi qadağalar yalnız ölü əti və qanı haram etmək kimi tibbi və sağlamlıq məsələlərində deyil, bəzən etiqadi, dini, əqli və tərbiyəvi məsələlərə də haram olmağa səbəb olur.

Allahın adı çəkilmədən kəsilmiş heyvanın ətinin haram edilməsi kimi, bu da şirki inkar etməkdən irəli gəlir. Necə ki, bəzən kiminsə gigiyena qaydalarına riayət etmədiyi üçün onun yeməyindən uzaqlaşırıq. Amma bəzən bizim ondan uzaqlaşmağımızın səbəbi ona etiraz etməyimiz üçündür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
Viaqra effekti verən qidalar – SİYAHI
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil