Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
20 Oktyabr 2026, 00:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
503
03.10.2022, 20:35
Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən avtomobili cərimə meydançasına aparılan şəxs DYP Şöbəsi rəisinin evinə basqın edib.
OXU24.COM "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə bir neçə gün öncə Gəncədə baş verib. Belə ki, şəhər sakini Afiq Ağayevin (şərti) “VAZ 2107” markalı avtomobili DYP əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb. Bundan əsəbiləşən vətəndaş Gəncə şəhər DYP Şöbəsinin girişində yerləşən mühafizəçi otağının pəncərəsini sındırıb. Daha sonra bir qrup şəxslə birlikdə şəhərin Avtozavod qəsəbəsində yerləşən DYP Şöbəsinin rəisi Eldəniz Həsənovun evinin qarşısına gələrək nalayiq ifadələr işlədib. Həmin şəxslər səs-küy salaraq evin qapısını döyüblər. Maşının dərhal buraxılmasını tələb ediblər.
Törətdiyi əməllərə görə, Afiq Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə protokollar tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.
Ağayev məhkəmədə deyib ki, mühafizəçi otağının pəncərəsi əvvəldən çat idi: “Mən pəncərəni döymək istəyərkən pəncərə öz-özünə qırıldı. Düzdür, hadisədən sonra rəisin evinin qarşısına getdim. Ondan avtomaşının buraxılmasını tələb etdim. Eldəniz Həsənov məni şəxsən tanıyır, Vətən Müharibəsində iştirak etdiyim üçün əvvəllər törətdiyim inzibati xətalarla bağlı bir neçə dəfə mənə və qohumlarıma güzəşt edib”.
Məhkəmə protokolları əsaslı sayıb. Şəxsin müharibə iştirakçısı olduğunu nəzərə alaraq ona aşağı həddə cəza verilib. Afiq Ağayev 8 gün müddətə inzibati qaydada həbs edilib.
00:26 / 20 Oktyabr 2026
48
00:19 / 20 Oktyabr 2026
72
23:56 / 19 Oktyabr 2026
77
23:45 / 19 Oktyabr 2026
71
23:40 / 19 Oktyabr 2026
70
23:36 / 19 Oktyabr 2026
91
23:36 / 19 Oktyabr 2026
89
23:34 / 19 Oktyabr 2026
77
23:30 / 19 Oktyabr 2026
92
23:30 / 19 Oktyabr 2026
109
23:27 / 19 Oktyabr 2026
73
23:26 / 19 Oktyabr 2026
90
23:24 / 19 Oktyabr 2026
265
23:20 / 19 Oktyabr 2026
85
23:16 / 19 Oktyabr 2026
76
23:10 / 19 Oktyabr 2026
76
23:04 / 19 Oktyabr 2026
74
23:03 / 19 Oktyabr 2026
75
22:25 / 19 Oktyabr 2026
150
22:22 / 19 Oktyabr 2026
80
22:11 / 19 Oktyabr 2026
95
22:06 / 19 Oktyabr 2026
261
21:37 / 19 Oktyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.