"Suqovuşanın azad olunması demək olar ki, Azərbaycan ordusunun 44 günlük müharibədə ilk genişmiqyaslı mühüm bir qələbəsi idi. Bu istiqamətdə Ali Baş Komandanın xüsusi olaraq 1-ci Ordu Korpusunun komandiri general-mayor Hikmət Həsənovu təbrik etməsinin də əsas məqamlarından biri o idi ki, düşmən ciddi məğlubiyyətə uğradılmışdı".
Musavat.com xəbər verir ki, bunu tanınmış hərbi ekspert Alp Arslan İmamqulu bildirib.
Ekspertin sözlərinə görə, bu istiqamətdə gedən əməliyyatlara nəzər salsaq, demək olar ki, düşmənin əsas səyləri və ehtiyatları məhz Tərtər istiqamətinə yönləndirilmişdi:
"Çünki Aprel döyüşlərindən də bu cür təcrübə var idi. Bu istiqamətdə Azərbaycan ordusunun bir ordu korpusu olaraq düşmən qarşısında əks-hücum əməliyyatlarını uğurla başa vurmasının əsas məqamlarından biri o idi ki, burada əməliyyatlar məharətlə idarə edilmişdi. Bu istiqamətə baxılsa, düşmən qüvvələri Azərbaycan ordu korpusunun qüvvələrinə nisbətdə çox daha üstün idi. Təqribən 1,2-nin 1-ə nisbətdə bir döyüş icra olunurdu. Normal şərtlərdə əks-hücum əməliyyatları icra olunsa da, hər hansı bir hücum və ya əks-hücum əməliyyatlarının icra edilməsi üçün ən azı üçün birə nisbətdə bir üstünlük olmalıdır. Amma burada taktiki vəziyyət tam tərsinə idi. Hakim yüksəkliklərin düşməndə olmasını və əvvəlcədən hazırlanmış mühəndis maneələrini də nəzərə alsaq, əldə olunmuş zəfər bir möcüzə idi.
Bu istiqamətdə olan qüvvələr düşmən qüvvələrilə nəinki bərabər, daha az idi. Belə az qüvvə ilə düşmənə sarsıdıcı zərbə vurulmuşdu.
Bunun başqa bir əhəmiyyəti də o idi ki, burada ciddi mənada bir cəbhə açılmışdı. Suqovuşan, Kəlbəcər istiqamətindən düşmənin əsas yollarının bağlanması ilə onun bu istiqamətdə olan ehtiyatlarının digər istiqamətlərə, xüsusən də daha sonrakı mərhələdə nailiyyətlərin əldə olunduğu cənub istiqamətinə hərəkət etdirilməsi də tam olaraq məhdudlaşdırılmışdı.
Bu məhdudlaşdırma imkan verirdi ki, cənub istiqamətində qüvvə nisbəti üstünlüyü təmin olunsun. Əsas qüvvə və səylərin cənubdan yönləndirilməsi ilə yarma əməliyyatı uğurla başa çatdırılsın. Ümumən, 1-ci Ordu Korpusunun Suqovuşanda əldə etdiyi nailiyyət 44 günlük müharibədə əldə etdiyimiz zəfərə çox mühüm sayılacaq qədər təsir edib.
Bu gün bir daha Vətən müharibəsində iştirak etmiş və daha əvvəllər də şəhid olmuş cəmi şəhidlərimizi və qazilərimizi ehtiramla anırıq. Bundan sonrakı dönəmlərdə də Azərbaycan ordusunun yeni zəfərlərə imza atacağına səmimi qəlbdən inanırıq".
Qadın sürücü ustanı əzdi - ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN
Bakıda oteldə biabırçılıq: 16 yaşlı qızla intim əlaqədə olarkən...
Oxu24.com
ŞƏRHLƏR