Son bir həftədə Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar həyata keçirilir
20 Oktyabr 2026, 12:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
793
30.09.2022, 14:20
Ermənistan bir tərəfdən sülh istədiyini iddia edir, ancaq müharibə hazırlığını da davam etdirir. Əldə olunan məlumatlar bunu bariz şəkildə göstərir.
Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın sülh prosesinə sadiqliyini açıqlayıb, Azərbaycanın “aqressiv” planlarından və ambisiyalarından danışıb.
Oxu24.com xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin oktyabrın 2-nə planlaşdırılan görüşündə Ermənistanın iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
“Azərbaycanın təxribatlarına baxmayaraq, Ermənistan tərəfi görüşdə iştirak edəcək. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın danışıqları pozmağa çalışması ilə bağlı açıqlamaları əsassızdır. Ermənistan əvvəlki kimi konstruktivdir və Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmağı hədəfləyir və eyni şeyi Azərbaycandan da gözləyir”, - Hunanyan bildirib.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan Qeqarkunik rayonunun Kut kəndində Ermənistanda akkreditə olunmuş səfirlərlə görüşündə deyib: “Ermənistanın suveren sərhədlərinin bərpası ilə bağlı aydın və konkret sərəncam var”.
Onun sözlərinə görə, Silahlı Qüvvələrin vəzifəsi Ali Baş Komandanın əmrini yerinə yetirməkdir: "Biz məqsədlərimizə çatmaq üçün hər şeyi edəcəyik".
Bu fakt bir daha sübut edir ki, 13-14 sentyabr hadisələri Ermənistana dərs olmayıb və bu dövlətin rəhbərləri revanş arzusundadırlar, sülhdən danışa-danışa müharibəyə hazırlaşırlar.
Rəhim Rəhimlinin cənazəsinə görün kimlər girdi - SON VİDA
11:43 / 20 Oktyabr 2026
1
11:26 / 20 Oktyabr 2026
89
11:25 / 20 Oktyabr 2026
30
11:21 / 20 Oktyabr 2026
44
11:19 / 20 Oktyabr 2026
56
11:13 / 20 Oktyabr 2026
266
11:10 / 20 Oktyabr 2026
51
11:07 / 20 Oktyabr 2026
61
11:04 / 20 Oktyabr 2026
60
10:49 / 20 Oktyabr 2026
615
10:37 / 20 Oktyabr 2026
177
10:35 / 20 Oktyabr 2026
69
10:28 / 20 Oktyabr 2026
84
10:20 / 20 Oktyabr 2026
79
10:18 / 20 Oktyabr 2026
67
10:16 / 20 Oktyabr 2026
70
10:11 / 20 Oktyabr 2026
68
10:10 / 20 Oktyabr 2026
71
10:06 / 20 Oktyabr 2026
73
10:00 / 20 Oktyabr 2026
79
09:55 / 20 Oktyabr 2026
78
09:43 / 20 Oktyabr 2026
1034
09:41 / 20 Oktyabr 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.