Nazirlər Kabineti bu məsələləri həll etməlidir -SƏRƏNCAM
20 Oktyabr 2026, 16:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
280
28.09.2022, 21:37
Naxçıvan Muxtar Respublikasının həbsdə olan keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb.
OXU24.COM Trend-ə istinadən xəbər verir ki, sabiq nazirin cəza müddəti başa çatdığı üçün o, həbsdən azad edilib.
Xatırladaq ki, sabiq nazir Vəli Ələsgərovun cəzası Ali Məhkəmənin qərarı ilə azaldılmışdı.
Həmin müddət də başa çatdığı üçün təqsirləndirilən şəxsin dərhal azad olunması ilə bağlı qərar çıxarılıb.
V. Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri, general-leytenant V.Ələsgərov 20016-cı ildə həbs olunaraq 14 il azadlıqdan məhrum edilib. V.Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunub.
Bir müddət əvvəl Ali Məhkəmə sabiqnaziein cəzasını 6 il 9 ay 20 günə endirib. Nazirin çəkdiyi cəza müddəti isə 3 gün əvvəl başa çatdığı üçün bu gün azadlığa buraxılıb.
16:21 / 20 Oktyabr 2026
29
16:16 / 20 Oktyabr 2026
43
16:14 / 20 Oktyabr 2026
42
16:06 / 20 Oktyabr 2026
92
15:57 / 20 Oktyabr 2026
353
15:50 / 20 Oktyabr 2026
62
15:30 / 20 Oktyabr 2026
534
15:26 / 20 Oktyabr 2026
61
15:18 / 20 Oktyabr 2026
82
15:15 / 20 Oktyabr 2026
79
15:09 / 20 Oktyabr 2026
243
15:04 / 20 Oktyabr 2026
78
14:56 / 20 Oktyabr 2026
78
14:49 / 20 Oktyabr 2026
68
14:42 / 20 Oktyabr 2026
103
14:40 / 20 Oktyabr 2026
227
14:35 / 20 Oktyabr 2026
72
14:26 / 20 Oktyabr 2026
79
14:15 / 20 Oktyabr 2026
195
14:12 / 20 Oktyabr 2026
80
14:06 / 20 Oktyabr 2026
97
13:59 / 20 Oktyabr 2026
96
13:52 / 20 Oktyabr 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.