Tomas Edison haqqında maraqlı FAKTLAR
18 Oktyabr 2026, 16:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
7126
27.09.2022, 11:47
Ötən gün Bakı şəhərində və ətraf qəsəbələrdə sərnişindaşımanın böyük hissəsini həyata keçirən özəl daşıyıcı şirkətlər dövlət rəhbərliyinə yenidən kollektiv müraciət ünvanlayıb. Onlar avtobus nəqliyyat vasitəsinə zəruri olan dizel yanacağının, sürtgü yağları, şin və sair bütün növ ehtiyat hissələrinin qiymətlərinin bahalaşmasından, gediş haqqının aşağı olmasından şikayətləniblər. Şirkətlər hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5 faizini “BakıKart”a ödədiklərini qeyd ediblər.
Oxu24.com-un məlumatına görə, bununla bağlı fikirlərini bölüşən iqtisadçı Qubad İbadoğlu şirkətlərin şikayətlərinin haqlı olduğunu deyib:
““Həyati vacib sərnişindaşıma sahəsi” üçün ayrılmış 280 milyon manat vəsitin 86 milyon 900 min manatı “Azərbaycan Hava Yolları” QSC-yə, 15,5 milyon manatı Milli Aviasiya Akademiyasına köçürülüb. Şirkətlər hər sərnişinin gediş haqqının “BakıKart”a 5 faizin ödənilməsinə etirazlarında da haqlıdır, çünki 5 faiz çox yüksək xidmət haqqıdır”.
Ekspertin sözlərinə görə, güman ki, ictimai nəqliyyatda gediş haqqı qaldırılacaq: “Hazırda hökümətdə müzakirə olunan yeni variantlar 1 gedişin 40 və ya 50 qəpiyə çatdırılmasıdır”.
İqtisadçı-ekspert Nazim Bəydəmirli isə bildirib ki, şirkətlərin müraciətində diqqət çəkən məsələ pandemiya dövründə dövlət büdcəsindən ayrılan yardımın onlara verilməməsidir:
“İkinci diqqət çəkən məsələ şirkətlərin hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödəmələridir. Bu, kifayət qədər böyük faizdir. Ümumiyyətlə, dövlət özəl sektora icazə verilmiş sahələrdə iqtisadi fəaliyyətlə məşğul olmamalıdır. Şəffaf idarəçilik olmayan yerdə korrupsiya sxemləri işləyir və məmur sahibkarlığı inkişaf edir. Yəni vətəndaşın soyulması hesabına ayaqda qalmağa ümid edirlər”.
Moskvadan Bakıya biletlər bu qiymətə oldu - RƏSMİ RƏQƏMLƏR
15:35 / 18 Oktyabr 2026
75
15:25 / 18 Oktyabr 2026
46
15:12 / 18 Oktyabr 2026
73
15:00 / 18 Oktyabr 2026
126
14:55 / 18 Oktyabr 2026
1435
14:50 / 18 Oktyabr 2026
85
14:41 / 18 Oktyabr 2026
136
14:29 / 18 Oktyabr 2026
192
14:21 / 18 Oktyabr 2026
86
14:15 / 18 Oktyabr 2026
99
14:15 / 18 Oktyabr 2026
91
14:11 / 18 Oktyabr 2026
76
14:07 / 18 Oktyabr 2026
463
13:55 / 18 Oktyabr 2026
87
13:40 / 18 Oktyabr 2026
251
13:35 / 18 Oktyabr 2026
87
13:32 / 18 Oktyabr 2026
125
13:30 / 18 Oktyabr 2026
80
13:24 / 18 Oktyabr 2026
385
13:15 / 18 Oktyabr 2026
88
13:05 / 18 Oktyabr 2026
197
13:01 / 18 Oktyabr 2026
92
12:51 / 18 Oktyabr 2026
269
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.