Qaynar xətt:

(+99450) 247 90 86

Moskvadan Bakıya biletlər bu qiymətə oldu - RƏSMİ RƏQƏMLƏR

CƏMİYYƏT

3014

27.09.2022, 08:52

AZAL Rusiyadan Azərbaycana biletlərin qiymətlərini AÇIQLADI

Rusiyadan Azərbaycana reyslərə tələbat artıb.

AZAL-dan  Oxu24.com-a verilən xəbərə görə, tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əlaqədar olaraq “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən Moskva-Bakı marşrutu üzrə təklif olunan aviabiletlərin xidmət sinifləri maksimal dəyəri - ekonom sinif - 409 avro; - biznes sinif - 769 avro; “VIP Club” tarifi - 869 avro təşkil edib.

AZAL-la yanaşı, Rusiyadan Azərbaycana Rusiyanın "Aeroflot", "Rossiya", "Utair", "Azimuth" və digər aviaşirkətləri də reyslər yerinə yetirir. Hər bir aviaşirkət öz qiymət siyasətini müstəqil şəkildə formalaşdırır.

Qeyd edək ki, aviabiletlərin qiymətləri birbaşa reysə olan tələbatdan, təyyarədə qalan yerlərdən, alış tarixindən, uçuş mövsümdən və bir sıra digər kriteriyalardan asılıdır.

İtkin düşən 11-ci sinif şagirdi  görün hardan tapıldı