Hava kəskin dəyişir: Leysan, dolu, qar və sel xəbərdarlığı
20 Oktyabr 2026, 21:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
424
25.09.2022, 22:41
Polip qədim yunan dilindən poly sözündən götürülüb, ayaq deməkdir.
Müxtəlif orqanların toxuma, selikli qişasında yaranan, sanki bir və ya bir neçə ayağı ilə qişaya, toxumaya bərk yapışmış bir anomal törəmədir.
Poliplər boğaz, burun, qırtlaq, bağırsaq, mədə, sidik kisəsi, öd, uşaqlıqda rast gəlinir.
Bir insanda çox sayda poliplərin yaranmasına meyillilik polipoz adlanır.
OXU24.COM medicina.az-a istinadən bildirir ki, son 3 ildə Azərbaycanda polip diaqnozu, hər müayinədə polip axtarışı və insanlarda bu törəməyə çox rast gəlməsi polipin niyə yaranması və necə müalicə olunması məsələsini aktuallaşdırıb və bu mövzuda yanlış istiqamətlər çoxdur.
Polipin forması və xarakteristikasına görə növü çoxdur.
Yaranma səbəbləri isə müxtəlifdir. Elə polip var iltihabi prosesdən yaranır, elə polip var allergikdir. bəzənsə toksinləşmədən formalaşır. Qadınlarda çoxsaylı abortlar, hormonal fonun pozulmasından baş verir.
90 % hallarda polip xoşxassəli olur, elə də ciddi təhlükəsi olmur.
Ətraflı
Ad - 00:13
10-15% hallarda bədxassəliyə çevrilər bilər, daha çox böyümüş poliplər təhlükəlidir. Ona görə polip aşkarlanıbsa, xəstə mütləq ildə 1 dəfə yoxlanmalı, polipi nəzarətdə saxlamalı, əgər şübhəli məqam və sürətli böyümə varsa, o zaman əməliyyatla xaric edilməlidir.
Diaqnoz və müalicə
Poliplər USM, rentgen, endoskopiya, kolonoskopiya və ya hər hansı orqanda əməliyyat zamanı görülə bilər.
Poliplər daha çox yoğun bağırsaqda, öddə olduqda həkimi təcili addım atmağa məcbur edir.
Polipin dərman müalicəsi yoxdur, yalnız ölçülər böyük və yerləşməsi təhlükəli olduqda endoskopik yolla çıxarılır.
Polipi olan insanlar isti sauna, gündə qaralma, bir sıra fizioterapiya, vitamin terapiyadan uzaq durmalıdır və mütləq bu prosedurlarda həkiminə polipinin olmasını bildirməlidir.
Poliplər nadir halda hansısa simptomla özünü göstərir, ağrı vermir.
Polip əməliyyatla xaric edildikdən sonra, mütləq histoloji müayinəyə göndərilir.
22:44 / 20 Oktyabr 2026
1
22:33 / 20 Oktyabr 2026
53
22:22 / 20 Oktyabr 2026
51
22:22 / 20 Oktyabr 2026
54
21:51 / 20 Oktyabr 2026
92
21:47 / 20 Oktyabr 2026
119
21:42 / 20 Oktyabr 2026
65
21:39 / 20 Oktyabr 2026
191
21:33 / 20 Oktyabr 2026
412
21:28 / 20 Oktyabr 2026
62
21:22 / 20 Oktyabr 2026
268
21:17 / 20 Oktyabr 2026
68
21:15 / 20 Oktyabr 2026
64
21:06 / 20 Oktyabr 2026
70
21:03 / 20 Oktyabr 2026
61
21:00 / 20 Oktyabr 2026
61
20:55 / 20 Oktyabr 2026
56
20:50 / 20 Oktyabr 2026
75
20:43 / 20 Oktyabr 2026
67
20:34 / 20 Oktyabr 2026
68
20:17 / 20 Oktyabr 2026
74
20:12 / 20 Oktyabr 2026
110
20:01 / 20 Oktyabr 2026
613
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.